ALLATRA NƏDİR
"ALLATRA" Beynəlxalq ictimai hərəkatı — 180-dən çox ölkədən iştirakçıları birləşdirən könüllülər hərəkatıdır.
"ALLATRA" Beynəlxalq ictimai hərəkatının əsas məqsədi — planetdə baş verən iqlim və geodinamik dəyişikliklərin araşdırılması və qlobal iqlim böhranının aradan qaldırılması üçün effektiv həll yollarının hazırlanmasına dair açıq müzakirələrə təşəbbüs göstərməkdir.
Hərəkat, mövcud və gələcək nəsillərin təhlükəsizliyini və rifahını təmin edə biləcək davamlı açıq dünya cəmiyyətinin inkişafı üçün şərait yaratmağa yönəlmiş təşəbbüsləri, layihələri və ideyaları birləşdirmək üçün platforma rolunu oynayır.
Bununla yanaşı, "ALLATRA"nın fəaliyyəti insanların hüquq və azadlıqlarının qorunub saxlanılmasına və müdafiəsinə yönəlib. Hərəkat, aktual problemlərin həlli üçün qlobal qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinin zəruriliyinə diqqət çəkir və genişmiqyaslı iqlim problemləri şəraitində insan həyatının prioritet olmasını vurğulayır.
"ALLATRA" — bu, müstəqil qeyri-kommersiya təşkilatlarını, qeyri-rəsmi könüllü qruplarını və fərdi fəalları birləşdirən ictimai hərəkatdır. Hərəkat siyasət və din çərçivəsindən kənarda fəaliyyət göstərir, xarici maliyyələşdirməyə malik deyil və heç bir kommersiya və ya dövlət qurumunun maraqlarını təmsil etmir.
Hər bir iştirakçı (rəsmi hesabatlılığı olan qeyri-kommersiya təşkilatı, qeyri-rəsmi könüllü qrupu və ya fərdi iştirakçı olsun) öz təşəbbüslərini öz resursları və könüllü iştirakı hesabına müstəqil şəkildə həyata keçirir, digər Hərəkat iştirakçıları ilə öz hərəkətlərini könüllülük əsasında koordinasiya edir və şəxsi inancları və motivasiyalarına əsaslanaraq hərəkət edirlər.
"ALLATRA"NIN BEYNƏLXALQ İCTİMAİ HƏRƏKAT YARANMA TARİXİ
Müstəqil beynəlxalq alimlər qrupu. Təbii fəlakətlərin eksponensial artımının proqnozlaşdırılması üçün riyazi modelin hazırlanması.
"ALLATRA" Hərəkatının tarixi yaranması 1990-cı illərin ortalarına təsadüf edir. Məhz o zaman nüvə fizikasından, astrofizika və kosmologiyadan, geologiya və geofizikadan, nəzəri riyaziyyatdan tutmuş qocalma biologiyası və gerontologiya, eləcə də klinik tibb kimi geniş elmi fənləri təmsil edən müstəqil beynəlxalq alimlər qrupu formalaşdı. Bu mütəxəssislər, planetdəki iqlim və geodinamik dəyişikliklərin tədqiqi də daxil olmaqla, geniş sahələrdə hərtərəfli fənlərarası araşdırmalar aparmaq üçün bir araya gəliblər.
Bu elmi qrup yüksək peşəkar ixtisas, obyektivlik və fənlərarası təcrübəyə malik olmaqla, mövcud elmi məlumatların hərtərəfli təhlilini aparmaq imkanı əldə etmişdir. Bu isə onlara əsas elmi ictimaiyyətin diqqətini cəlb etməsindən və əhəmiyyətini qəbul etməsindən xeyli əvvəl mühüm əlaqə və qarşılıqlı təsirləri müəyyənləşdirməyə imkan verirdi.
Bu beynəlxalq elmi qrupun diqqətini cəlb edən belə bir qarşılıqlı əlaqənin əsas nümunələrindən biri, 1995 və 1997–1998-ci illərdə baş verən anormal geodinamik hadisələr oldu. Bu illərdə dünyanın müxtəlif elmi təşkilatları və tədqiqat institutları bir birindən müstəqil olaraq peyk müşahidə sistemləri və qravitasiya stansiyalarından istifadə edərək, Yerin dərinliklərində planetar parametrlərdə və geodinamik anomaliyalarda bir sıra kəskin dəyişiklikləri qeydə almışdılar. Yuxarıda adı çəkilən beynəlxalq alimlər qrupu bu məlumatların təhlili nəticəsində səbəb-nəticə əlaqəsini aşkar etdi: qeydə alınan geodinamik anomaliyalar, Yerin müxtəlif qatlarında fiziki parametrlərin kaskadvari dəyişikliklərinə səbəb olan tətikleyici rolunu oynadı.
Bu alimlər qrupunu ən çox narahat edən məqam isə 1995 və 1997–1998-ci illərdəki bu anormal hadisələrin yaratdığı dəyişikliklərin dinamikasının eksponensial xarakter daşıması idi. Xüsusilə, alimlər qrupu müəyyən etdi ki, məhz 1995-ci ildən etibarən dərin ocaqlı zəlzələlərin sayı və gücü kəskin şəkildə artmağa başlayıb, planetdə, xüsusən də okean dibində seysmik aktivlik tezləşib, həmçinin maqnit sahəsinin, atmosferin və Yer kürəsinin digər qatlarının parametrlərinin dəyişmə sürəti yüksəlib.
Bu təhlükəli tendensiya beynəlxalq tədqiqat qrupunda ciddi narahatlıq doğurdu və nəticədə onlar baş verənlərin səbəblərini dərinləşdirilmiş şəkildə araşdırmağa qərar verdilər. İş prosesində müşahidə olunan anomaliyaların yaranması ilə bağlı geniş spektrdə nəzəriyyələr, hipotezlər və izah variantları nəzərdən keçirildi, bu çərçivədə Yer qabığında baş verən dəyişikliklər ilə Günəş sistemində gedən astronomik proseslər arasında qarşılıqlı əlaqə hipotezi də daxil olmaqla müxtəlif ehtimallar araşdırıldı.
Bu beynəlxalq tədqiqat qrupunun fəaliyyətində mühüm rol oynayan İqor Mixayloviç Danilov oldu; o, bu tədqiqatlara bağlılığını açıq şəkildə ifadə edən yeganə iştirakçı idi. Onun multidissiplinar yanaşması və qeyri-adi düşüncə tərzi, elmi araşdırmaların istiqamətinin müəyyənləşdirilməsində əsas rol oynadı və metodoloji bazanı genişləndirərək iqlim və geodinamik proseslərin öyrənilməsində yeni hipotezlərin yaranmasına şərait yaratdı.
Geniş məlumatlara əsaslanan intensiv analitik iş nəticəsində müstəqil alimlər qrupu, Yerdəki iqlim və geodinamik dəyişikliklərin sürətini proqnozlaşdırmaq üçün riyazi model hazırladı. Model dəfələrlə yoxlanıldıqdan sonra, onlar kritik bir faktı qəbul etmək məcburiyyətində qaldılar: iqlim və geodinamik dəyişikliklərin sayının və gücünün eksponensial artımı nəzərə alınaraq, artıq yaxın onilliklərdə Yer kürəsindəki şəraitin həyat üçün yararsız hala gələcəyi gözlənilir.
Vurğulamaq vacibdir ki, bu tədqiqat qrupunun verdiyi proqnoz, həmin dövrün əsas elmi ictimaiyyəti tərəfindən təklif olunan qiymətləndirmələrdən fərqli olaraq, daha sürətli iqlim dəyişikliyini nəzərdə tuturdu (90-cı illərin ortaları). İqlimşünasların və digər mütəxəssislərin çoxu iqlim sisteminin sabitliyini əsrlərlə davam edəcəyini proqnozlaşdırdıqları halda, bu qrup alimlər iqlim sisteminin çökməsinin daha tez – növbəti bir neçə onillik ərzində baş verəcəyi nəticəsinə gəlmişdilər. 2024-cü il üçün mövcud müşahidələr, bu modeldə təqdim olunan proqnozları təsdiqləyir.
Xüsusilə, 90-cı illərdə yaradılmış müstəqil alimlər qrupunun proqnozu göstərirdi ki, yaxın onilliklər ərzində planetdə aşağıdakı dəyişikliklər baş verəcək:
- Atmosfer və okean temperaturunun sürətlə artması;
- Dağıdıcı qasırğa və tornadoların sayının və gücünün artması, həmçinin onların əmələgəlmə arealının genişlənməsi;
- Təbii yanğınların sayında və miqyasında çox böyük artım.
- Yağıntıların və dağıdıcı daşqınların sayında artım;
- Vulkanik aktivliyin tezliyi və gücündə artım;
- Yer kürəsinin müxtəlif regionlarında, o cümlədən belə fəaliyyətin tipik olmadığı yerlərdə seysmik aktivliyin eksponensial artması/
Müstəqil tədqiqatçılar qrupu belə bir narahatedici nəticəyə gəldilər ki, göstərilən iqlim və geodinamik dəyişikliklər artıq XXI əsrin əvvəllərində böyük miqyaslı dağıntılara səbəb olacaq: bu dağıntılar qlobal ekosistemlərin pozulmasına, ərzaq təhlükəsizliyinin zəifləməsinə, əvvəllər nəzərə alınmayan miqyasda sosial-iqtisadi sabitliyin sarsılmasına, kütləvi insan itkilərinə və milyardlarla insanın məcburi köçkün vəziyyətinə düşməsinə gətirib çıxaracaq.
Alimlər onu da vurğuladılar ki, durmadan intensivləşəcək və bir-biri ilə üst-üstə düşərək, davam edən iqlim fəlakətlərinin kaskad xarakteri qaçılmaz olaraq kritik həddə gətirib çıxaracaq. Nəticədə, bəşəriyyət yaranan yaranan təhdidlərlə mübarizə apara bilməyəcək, çünki bu problemlər sivilizasiyamızın uyğunlaşma imkanlarını faktiki olaraq üstələyəcək.
İqlim kataklizmlərinin sayının və gücünün artması, habelə vəziyyətin inkişafının mümkün ssenarilərinə dair proqnostik model haqqında daha ətraflı məlumatı "Yer üzündə iqlim kataklizmlərinin artması və onların fəlakətli nəticələri" adlı hesabatda tapa bilərsiniz. "Yer üzündə iqlim kataklizmlərinin artması və onların fəlakətli nəticələri"
Beləliklə, geodinamik və astrofiziki amillərin təhlilini əhatə edən qərəzsiz, kompleks və fənlərarası yanaşma bu müstəqil tədqiqat qrupuna hələ 90-cı illərin ortalarında dağıdıcı təbii fəlakətlərin sayının və intensivliyinin eksponensial artmasının bəşəriyyət üçün yaratdığı təhlükəni aşkarlamağa və dərindən anlamağa imkan verdi. Təxminən 30 il əvvəl onlar başa düşdülər ki, yaranan iqlim təhdidi, heç bir mübaliğə olmadan, insanlıq üçün ekzistensial risk təşkil edir.
Bu Elmi qrupun ətrafında təşəbbüskar könüllülər birliyinin formalaşdırılması
Gələcək nəsillər qarşısında dərin məsuliyyət hissi və peşə borclarına sarsılmaz bağlılıqla hərəkət edən bu fənlərarası tədqiqat qrupunun iştirakçıları, planetdə baş verən geodinamik və iqlim anomaliyalarının ilkin səbəbini müəyyən etmək, yaxınlaşan fəlakətli iqlim hadisələrinin qarşısını ala biləcək bir həll tapmaq, insan həyatını xilas etmək və gələcək nəsillər üçün dünyanı qoruyub saxlamaq missiyasını öz üzərlərinə götürdülər.
Kompleks yanaşmanı həyata keçirmək üçün tədqiqat qrupu dərin tarixi-mədəni analiz prosesinə başlamışdır. Bu qərar, mövcud geodinamik prosesləri anlamağın açarlarının, o cümlədən, Yer kürəsinin iqlim dövrləri haqqında tarixi məlumatlarda və onların keçmişdə sivilizasiyaların inkişafına təsirində tapıla biləcəyini dərk etmək əsasında qəbul edilmişdir.
Artan tədqiqat həcmi iştirakçıların dairəsinin genişlənməsinə səbəb oldu. Bu təşəbbüs həm gənc alimlərin, həm də müxtəlif peşələrdən olan, qlobal iqlim dəyişiklikləri və onların yaxın gələcəkdə yaratdığı təhlükənin miqyası ilə bağlı narahatlığı anlayan fəal könüllülərin diqqətini cəlb etdi. Elmi qrup ətrafında beynəlxalq könüllülər birliyinin formalaşması müxtəlif dillərdə elmi mənbə və məlumatların toplanması, təhlili imkanlarını əhəmiyyətli dərəcədə gücləndirdi.
Qoşulan könüllülər zəruri tarixi məlumatların axtarışında köməklik göstərir, arxiv sənədlərini, ilkin mənbələri, xronikaları, elmi nəşrləri, tarixi materialları təhlil edir, həmçinin antropoloji və arxeoloji tədqiqatlardan əldə olunan məlumatların təsdiq edilməsində iştirak edirdilər. Onlar müxtəlif dövrlərə və sivilizasiyalara aid folklor, dini-mədəni aspektlər və mədəni artefaktları araşdırırdılar.
Bu cür multidisiplinar yanaşma və paleoklimatologiya, arxeologiya və mədəni antropologiya kimi müxtəlif elmi sahələrdən məlumatların inteqrasiyası planetar dəyişikliklərin uzunmüddətli mənzərəsini yaratmaq üçün şərait yaradırdı. Bu isə iqlim böhranının səbəblərini və geodinamik dəyişiklikləri öyrənmək üçün tədqiqat qrupu üçün son dərəcə vacib idi.
Beynəlxalq ictimaiyyətə məlumat çatdırmağın zəruriliyini anlamaq və əsas məqsədləri müəyyənləşdirmək.
Aparılan tədqiqatlar zamanı yer qabığında və onun müxtəlif qatlarında baş verən geofiziki anomaliyaların dərin təhlili üçün beynəlxalq elmi ictimaiyyəti cəlb etməyin vacibliyi aşkar oldu. Bu, iqlim və geodinamik dəyişikliklərin səbəbləri ilə bağlı hipotezlərin, o cümlədən nüvə fizikası və astrofizika ilə əlaqəli fərziyyələrin yoxlanılmasına və əlaqəli sahələrdən biliklərin inteqrasiyasına imkan verərdi. Müşahidə olunan iqlim və geodinamik dəyişikliklərin səbəblərinin kvant fizikasına aid hadisələrlə bağlı ola biləcəyini nəzərə alaraq, bu sahələrdən aparıcı mütəxəssisləri və tədqiqat qruplarını birgə məlumat analizi və effektiv həllərin hazırlanması üçün cəlb etmək son dərəcə vacib görünürdü.
Tam aydın idi ki, bu cür mürəkkəb problem insanlığın kollektiv intellektinin səfərbər edilməsini tələb edir ki, təhlükəli iqlim təhdidinin effektiv şəkildə öhdəsindən gəlinsin. Bununla əlaqədar olaraq, mövcud elmi qrup və onu dəstəkləyən könüllülər qarşısında yeni bir vəzifə yarandı: təhlükəli iqlim və geodinamik dəyişikliklərin dərin səbəblərini aşkarlamaq və onları aradan qaldırmaq üçün effektiv həllər hazırlamaq məqsədilə qlobal nəzəri və tətbiqi elmin ən parlaq beyinlərini necə birləşdirmək olar?
Demək olar ki, dərhal aydın oldu ki, elmi sahədəki rəsmi kommunikasya kanalları və elmdə, eləcə də hökumət strukturlarındakı bürokratik sistem bu vəzifənin yerinə yetirilməsinə kömək etməyəcək, çünki bu, tam çeviklik və dəyişikliklərə sürətli reaksiya üçün nəzərdə tutulmamış qapalı bir sistemdir. Bu, aşkar olunan problemin bütün ciddiliyini tez bir zamanda çatdırmağa və onun həlli ətrafında alimlərin effektiv birləşməsi üçün şərait yaratmağa imkan vermirdi.
Mövcud vəziyyətdə, müstəqil beynəlxalq alimlər qrupu və onların təşəbbüslərini dəstəkləyən könüllülər yeganə mümkün və rasional qərarı qəbul etdilər. Onlar ilk növbədə geniş dünya ictimaiyyətini iqlim fəlakətlərinin eksponensial artmasının kritik dərəcədə ciddi təhlükəsi barədə məlumatlandırmağın zəruri olduğu qənaətinə gəldilər.
Cəmiyyətin məlumatlandırılması və beynəlxalq ictimaiyyətin bu problemə diqqətinin cəlb edilməsi akademik mühitdə müstəqil müzakirələrin aparılması və iqlim probleminin kompleks həlli ətrafında qlobal səviyyədə elmi səylərin birləşdirilməsi üçün zəruri şərait yarada bilər.
Aydındır ki, qlobal elmi potensialı konsolidasiya etmək yolunda dünya cəmiyyətinin parçalanmış olması ciddi bir maneə təşkil edir. Bundan əlavə, müxtəlif fəlakətli iqlim hadisələrinin inkişaf ssenarilərini və dünya ictimaiyyətinin onlara reaksiyasını diqqətlə modelləşdirərək, tədqiqatçılar belə bir nəticəyə gəldilər ki, cəmiyyətin parçalanmış vəziyyətdə olması olduqca mənfi rol oynayır. Birləşmiş bir cəmiyyətlə müqayisədə, stereotiplər, önyarğılar, qərəzli münasibətlər və mədəni ziddiyyətlərlə parçalanmış cəmiyyətin öz gücünü konsolidasiya etməsi və genişmiqyaslı böhran vəziyyətlərini effektiv şəkildə aradan qaldırması daha çətindir.
Alimlər və könüllülər, yaxınlaşan iqlim kataklizmlərinin milyardlarla insanı əhatə edən böyük miqrasiya proseslərinə səbəb olacağını başa düşərək, xüsusilə qarşıdakı çətinliklər fonunda yüksək səviyyədə humanizm, həmrəylik, empatiya və mədəniyyətlərarası qarşılıqlı anlaşmanın kritik əhəmiyyətini anlayırdılar.
Beləliklə, beynəlxalq elmi səylərin birləşdirilməsinə ehtiyacla yanaşı, tədqiqat qrupu vahid qlobal platforma qurmağın kritik əhəmiyyətini də dərk edirdi. Bu platformanın məqsədi yalnız iqlimi öyrənmək və iqlim böhranı barədə xəbərdarlıq etmək deyil, həm də müxtəlif mədəniyyətlər və xalqlar arasında ortaq dəyərləri və yaxınlaşma nöqtələrini inkişaf etdirməkdir. Xüsusilə insan həyatının universal dəyərinə və BMT-nin məqsədləri ilə beynəlxalq hüquqi aktlarda təsbit olunan əsas insan hüquq və azadlıqlarının qorunmasının vacibliyinə diqqət yönəldilirdi. Bu dəyərlər, hətta misli görünməmiş iqlim dəyişiklikləri və genişmiqyaslı miqrasiyalar şəraitində də qorunmalıdır.
Beləliklə, yaranmış beynəlxalq entuziastlar və alimlər qrupu öz fəaliyyətləri üçün üç əsas istiqaməti əhatə edən vahid yönləndirici missiya formalaşdırdı:
- Planetdəki qlobal iqlim və geodinamik dəyişikliklərin səbəblərini dərindən öyrənmək və onların yaratdığı təhlükənin aradan qaldırılması üçün həll yollarını axtarmağa başlamaq;
- Beynəlxalq ictimaiyyəti yaxınlaşan iqlim təhlükəsi barədə məlumatlandırmaq və onun həlli üçün beynəlxalq elmi potensialın konsolidasiyasına şərait yaratmaq;
- Qlobal çağırışlar qarşısında insan həyatının dəyəri və beynəlxalq qarşılıqlı anlaşmanın vacibliyi ideyalarını təbliğ edərək, dünya birliyindəki parçalanmanın aradan qaldırılmasına töhfə vermək.
“ALLATRA” Beynəlxalq İctimai Hərəkatının yaradılması
Bu məqsədə uyğun olaraq, alimlərin missiyasına dəstək vermək istəyən könüllülər qrupu müxtəlif layihələr həyata keçirməyə başlayaraq öz bacarıq və biliklərindən istifadə etdi. Hər bir iştirakçı, öz peşə təcrübəsi, bacarıqları və maraqlarına əsaslanaraq ümumi işə töhfə verməyə çalışırdı.
İlk təşəbbüslərdən biri, müxtəlif mövzularda kitab və məqalələrin nəşrini əhatə edən nəşriyyat layihələri idi. Bu təşəbbüslərin əsas məqsədi iqlim problemlərinin həllinin və cəmiyyətin ümumi təhlükə qarşısında birləşməsinin vacibliyinə ictimaiyyətin diqqətini çəkmək idi.
Eyni məqsəd və vəzifələri bölüşən həmfikirlərin çevrəsi genişləndikcə fəaliyyətin rəsmi qeydiyyata alınması zərurəti yarandı. 2011-ci ildə, kollektiv təşəbbüs nəticəsində “Lagoda” adlı təşkilat qeydiyyata alındı və bu, birləşmənin ilk rəsmi forması oldu. Bu təşkilat çərçivəsində tarixi və mədəni yönümlü müxtəlif sosial layihələr həyata keçirildi. Fəaliyyətlər əsasən mədəniyyətlərarası dialoq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə – yəni onların qarşıya qoyduqları vəzifələrin qlobal cəmiyyətin parçalanmasının aradan qaldırılması ilə bağlı olan hissəsinə yönəldilmişdi.
Könüllülərin müxtəlif ölkələrdən daha çox qoşulması ilə, planetdəki kritik iqlim və geodinamik dəyişiklikləri araşdırmaq və cəmiyyəti bu barədə məlumatlandırmaq üçün daha geniş miqyaslı təşəbbüsə ehtiyac yarandı.
Bu məqsədlə, hələ 2012-ci ildə həmin vaxt formalaşmış, alimlər, könüllülər və müxtəlif peşə sahiblərini bir araya gətirən beynəlxalq kollektiv "ALLATRA" Beynəlxalq İctimai Hərəkatını yaratmaq qərarına gəldi. Hərəkat 2014-cü ildə tələb olunan hüquqi və inzibati prosedurları keçdikdən sonra rəsmi qeydiyyata alındı.
2017-ci ildə “ALLATRA” Hərəkatının iştirakçıları təşkilatın baş ofisini Kiyevdən (Ukrayna) ABŞ-ın Atlanta şəhərinə köçürmək qərarına gəldilər. “ALLATRA” Hərəkatı azadlıq, demokratiya və açıq cəmiyyət prinsiplərini dəstəklədiyi üçün, ABŞ-da demokratik proseslərin Şərqi Avropa ölkələrinə nisbətən daha dayanıqlı olması səbəbindən Hərəkatın əsas fəaliyyətini Amerika Birləşmiş Ştatlarına köçürmək qərarına gəldi. “ALLATRA”Beynəlxalq İctimai Hərəkatının prezidenti ABŞ vətəndaşı Marina Ovtsınova oldu.
Beləliklə, Hərəkatın formalaşması, iqlim böhranı təhdidini hələ XX əsrin sonunda anlayan və onun öhdəsindən gəlmək üçün aydın bir missiya müəyyənləşdirən beynəlxalq alimlər qrupunun ətrafında könüllülərin birləşməsi prosesinin nəticəsi oldu.Və həmçinin bu missiya, planetimizi və onun üzərindəki həyatı qorumağın vacibliyini anlayan dünyanın hər yerindən olan entuziastlar tərəfindən dəstəkləndi.
90-cı illərin ortalarından “ALLATRA” elmi qrupu yaranmasından indiyə qədər Hərəkatın məqsədləri, prinsipləri və dəyərləri dəyişməz qalıb.
“ALLATRA” — planetimizin qorunması və iqlim fəlakətinin qarşısının alınması üçün mövcud və gələcək nəsillər qarşısında məsuliyyət hissi ilə hərəkət edən insanları birləşdirən bir hərəkatdır.
ALLATRA, hər şeydən əvvəl, başqaları üçün qayğıkeş hərəkət edən insanlardır. Onlar müxtəlif peşə və sahələri təmsil edən adi vətəndaşlardır, lakin əsas fəaliyyətlərindən əlavə, boş vaxtlarında planetimizdə fəlakətli iqlim ssenarisinin qarşısını almaq, cəmiyyəti qarşıdakı təhlükələr haqqında məlumatlandırmaq və bu təcili məsələnin həlli ətrafında dünya cəmiyyətini birləşdirmək üçün bütün səylərini göstərirlər.
Bu gün "ALLATRA" hərəkatının fəaliyyəti nədən ibarətdir?
Bu gün «ALLATRA» Beynəlxalq İctimai Hərəkatının geniş fəaliyyəti həm iştirakçıların fərdi təşəbbüslərini, həm də 180-dən çox ölkədən olan Hərəkat üzvləri tərəfindən həyata keçirilən genişmiqyaslı kollektiv layihələri əhatə edir. Hərəkat məlumat, təcrübə və fikirlərin mübadiləsi, elmi müzakirələr və araşdırmalar, həmçinin iqlim dəyişikliyi və planetin geodinamikası ilə bağlı real vəziyyət barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün unikal və açıq bir multidisiplinar platformaya çevrilmişdir.
Hərəkatın iştirakçıları müxtəlif peşələrə, baxışlara, dinlərə və maraq sahələrinə sahib olan insanlardır: alimlərdən tutmuş həvəskarlara, biznes nümayəndələrinə və ictimai xadimlərə, ateistlərdən müxtəlif dinlərin davamçılarına qədər.
Həyat və peşə təcrübəsinin, baxışların və səriştələrin müxtəlifliyinə baxmayaraq, bu insanların hamısını bir əsas faktor birləşdirir — indiki və gələcək nəsillər qarşısında onlara hansı dünyanı qoyub gedəcəyimizə dair dərin məsuliyyət hissi. Bütün dünyada getdikcə daha çox insan bu kollektiv məsuliyyət hissi ilə hərəkət edən «ALLATRA» Beynəlxalq İctimai Hərəkatının təşəbbüslərinə qoşulur.
"ALLATRA" Hərəkatının iştirakçıları təkcə iqlim dəyişikliklərini araşdırmaqla kifayətlənmir, həm də demokratik dəyərlərin möhkəmləndirilməsi üzərində fəal çalışır və insan hüquqları mövzusunda beynəlxalq müzakirələrin təşəbbüskarları olurlar. "ALLATRA" iştirakçıları dərin əminliklə inanırlar ki, güclənən iqlim böhranı şəraitində bəşəriyyət özünə parçalanmanı və qarşıdurmanı rəva görə bilməz. Buna görə də, "ALLATRA" layihələri cəmiyyətin bütün səviyyələrində parçalanmanın aradan qaldırılmasına yönəlib və insan hüquq və azadlıqlarına qarşılıqlı hörmətə, insan həyatının əsas dəyər kimi qəbul edilməsinə əsaslanan düşüncə tərzinin formalaşmasına töhfə verir.
Hərəkatın fəaliyyət formatı
"ALLATRA" ierarxik quruluşu olmayan, mərkəzləşdirilməmiş bir hərəkatdır. Bəzi ölkələrdə könüllülərin təşəbbüslərin birgə həyata keçirilməsi məqsədilə təcrübə və bilik mübadiləsi üçün bir araya gəldiyi Koordinasiya Mərkəzləri fəaliyyət göstərir. Koordinasiya mərkəzlərinin əsas vəzifəsi Hərəkatın iştirakçıları arasında beynəlxalq səviyyədə təcrübə və ideya mübadiləsini təmin etməkdir. Hərəkatın könüllüləri isə öz yerlərində layihələr və təşəbbüslər haqqında qərarları müstəqil şəkildə qəbul edirlər və bütün bunlar ümumi məqsədə çatmaq üçün həyata keçirilir.
"ALLATRA" Hərəkatında heç bir maliyyə öhdəliyi, üzvlük haqları və ya qaydalar mövcud deyil. Könüllülər öz fəaliyyətlərini şəxsi istəklərinə uyğun şəkildə təşkil edir, digər iştirakçıların təcrübəsini nəzərə alır və onu təkmilləşdirirlər.
Qeyd etmək vacibdir ki, "ALLATRA" onillik fəaliyyəti boyunca istər dövlət, istərsə də korporativ xarakterli hər hansı bir xarici maliyyələşdirmədən müstəqilliyini qoruyub saxlayır. Bütün layihə və təşəbbüslər könüllülər tərəfindən şəxsi vəsaitlər hesabına həyata keçirilir.
Hərəkat heç bir şəkildə iştirakçılarının şəxsi ideoloji, dini və ya siyasi baxışlarına müdaxilə etmir. Eyni zamanda, iştirakçıların şəxsi baxışları Hərəkatın fəaliyyət istiqamətinə və məqsədlərinə heç bir təsir göstərmir.
"ALLATRA" hərəkatının bütün iştirakçılarını, onların dünya görüşündən, inanclarından və ya fəlsəfi baxışlarından asılı olmayaraq birləşdirən yeganə konsolidasiyaedici faktor iqlim böhranı mövzusu və aşağıdakı məsələlərin vacibliyini dərk etməkdir:
- Bu gün Yer üzündə baş verən dəyişikliklərin bütün səbəblərini daha dərindən öyrənmək,
- Beynəlxalq ictimaiyyəti iqlim dəyişikliklərinin real miqyası barədə məlumatlandırmaq,
- Açıq elmi müzakirələri təşviq etmək və yaranmış iqlim təhlükəsinə qarşı mübarizə yollarını tapmağa kömək etmək.
Bununla yanaşı, "ALLATRA" Hərəkatı hər bir şəxsin ləyaqətini və azadlığını ön plana çəkərək fundamental demokratik dəyərləri və insan hüquqlarını müdafiə edir. "ALLATRA" söz azadlığı, yığıncaqların keçirilməsi azadlığı və digər əsas hüquqların əhəmiyyətini vurğulayaraq, onları sağlam cəmiyyətin ayrılmaz hissəsi hesab edir.
Bu dəyərlərin genişləndirilməsi məqsədilə "ALLATRA" beynəlxalq onlayn konfranslar təşkil edir, müxtəlif media platformaları vasitəsilə maarifləndirici işlər aparır, sənədli filmlər hazırlayır və məlumatları 150-dən çox dildə yayaraq, cəmiyyətin demokratik prinsiplərin əhəmiyyəti haqqında məlumatlılığını artırmağa çalışır, insanları açıq dialoqa və qlobal problemlərin həllində birgə axtarışlara cəlb edir.
"ALLATRA" metodoloji yanaşmasının iqlim dəyişiklikləri məsələsinin öyrənilməsində proqnostik dəqiqliyi
"ALLATRA"nın unikal müstəqil mövqeyi ona sərbəst və qərəzsiz platforma olmağa imkan verir və bu da həm iqlim və geodinamik dəyişikliklər mövzusunun, həm də müasir cəmiyyət üçün aktual olan geniş spektrli məsələlərin obyektiv araşdırılmasına şərait yaradır. Hərəkatın açıq və demokratik fəaliyyət istiqaməti mövzu məhdudiyyətləri, stereotiplər və xarici maraqların təsiri olmadan elmi müzakirələri təşviq edir ki, bu da səmərəli multidissiplinar beynəlxalq dialoqa şərait yaradır.
"ALLATRA" iştirakçılarının iqlim dəyişikliklərini öyrənməyə belə qərəzsiz və obyektiv yanaşması öz səmərəliliyini və yüksək proqnoz dəqiqliyini göstərmişdir. Xüsusilə, 2014-cü ildə Hərəkat tərəfindən iqlim hesabatından çıxarışlar yayımlanmışdı və bu hesabatda uzunillik iqlim araşdırmalarına əsaslanan bir sıra proqnozlar yer almışdı.
Bu sənəddə göstərilən əsas proqnozlar yaxın onilliklərdə dünyada qlobal iqlim vəziyyətinin əhəmiyyətli dərəcədə gərginləşəcəyini, iqlim fəlakətlərinin sayının və gücünün artacağını və ümumi iqlim qaçqınlarının sayında kəskin artımın baş verəcəyini öncədən bildirirdi.
Qeyd etmək lazımdır ki, 2014-cü il üçün bu narahatedici məlumat əsas elmi ictimaiyyət tərəfindən skeptisizmlə qarşılandı, çünki standart elmi təcrübə çərçivəsində aparılan qiymətləndirmələr və proqnozlar qarşıdakı on il üçün xeyli daha nikbin bir mənzərə təqdim edirdi. O zaman yalnız bir neçə alim təqdim olunan məlumatların əhəmiyyətini dərk edir və bunun nəticəsində layihəyə qoşulurdular.
Hazırda bu mövzuda ekspert cəmiyyətindəki skeptisizm tədricən aradan qalxır və ekspertlər əvvəlki qiymətləndirmələrinin kifayət qədər dəqiq olmadığını açıq şəkildə etiraf edirlər, onlar əlavə təsir faktorlarının ola biləcəyini qeyd edərək iqlim dəyişikliyinin əvvəllər təxmin ediləndən daha sürətlə baş verdiyini təsdiqləyirlər. Bunun səbəbi, ALLATRA alimlərinin xəbərdar etdiyi dəyişikliklərin və hadisələrin heyrətamiz dəqiqliklə necə baş verdiyini aydın şəkildə görmələridir.
2024-cü ildə əminliklə demək olar ki, müşahidə olunan kritik iqlim hadisələrinin inkişaf tendensiyası 10 il əvvəl "ALLATRA" Hərəkatı və bir qrup alim tərəfindən verilmiş proqnozlara tam uyğun gəlir.
ALLATRA TV Layihəsi
ALLATRA hərəkatının fəaliyyəti bir çox irimiqyaslı könüllü layihələrin inkişafı üçün katalizator oldu, onların arasında ALLATRA TV xüsusi yer tutur. Bu layihə, müxtəlif dillərdə kanallar ekosisteminə malik olan innovativ və müstəqil mediaplatformadır, platformada iştirakçı-könüllülər geniş spektrli media təşəbbüsləri həyata keçirirlər.
ALLATRA TV-nin unikallığı ondadır ki, onun kontenti müxtəlif peşə sahibləri tərəfindən yaradılır, bəzən hətta media sahəsi ilə əlaqəsi olmayan insanlar da iştirak edirlər. Bununla belə, insanlar özləri lazım olan bacarıqları öyrənir və könüllü əsasda bir-birinə dəstək olaraq öyrədərək planlaşdırılmış təşəbbüsləri həyata keçirir və dünyanın müxtəlif dillərində cəmiyyət üçün faydalı kontent yaradırlar.
ALLATRA TV-də müxtəlif formatlarda kontent təqdim olunur, o cümlədən bloglar, canlı yayımlar, xəbər proqramları, animasiya və sənədli filmlər.
ALLATRA TV, geniş mövzu spektrini əhatə edən çoxşaxəli bir informasiya platformasıdır və onun əsas missiyası, Hərəkatın iqlim problemlərinin həlli məqsədinə birbaşa və ya dolayısı ilə bağlıdır. ALLATRA TV-nin məzmununa yalnız iqlim tədqiqatları deyil, həm də müxtəlif tematik istiqamətlər daxildir. Məsələn, tarix, kulturologiya, arxeologiya, dinşünaslıq, sosiologiya, iqtisadiyyat, psixologiya, fəlsəfə və digər bir çox sahəni əhatə edir.
Platformanın bu cür multidissiplinar olması, “ALLATRA” Hərəkatının yaradılmasından əvvəl iqlim dəyişikliklərinin tarixi retrospektivdə araşdırılması zamanı könüllülər tərəfindən müxtəlif xalqların və sivilizasiyaların mədəniyyətləri, dinləri və tarixi ilə bağlı çoxlu maraqlı faktların aşkar edilməsi ilə əlaqədardır.
Bu məlumat müasir cəmiyyətin inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyi üçün aşkar edilmiş faktların bir çoxu ALLATRA TV-də müxtəlif verilişlər çərçivəsində işıqlandırılıb.
ALLATRA TV-nin özünəməxsusluğu müxtəlif tarixi, mədəni və dini fenomenlərə qeyri-standart və müstəqil yanaşması ilə təqdim olunmasıdır. Belə yanaşma auditoriyaya ümumi qəbul edilmiş paradiqmalardan kənar bir analiz əldə etməyə və aktual məsələlər üzrə açıq müzakirə aparmağa imkan yaradır. Videomaterialların müxtəlif ölkə və mədəniyyətlərdən olan insanların təşəbbüsü ilə hazırlanması fikir müxtəlifliyini təmin edir və vahid baxış nöqtəsinə bağlı olmadan sərbəst fikir ifadəsinə şərait yaradır. ALLATRA TV müzakirə olunan mövzuların açıq və müxtəlif şəkildə təqdim olunması üçün imkanlar yaradır.
Fərqli formatların çoxluğu ALLATRA TV-yə mühüm məlumatları qlobal auditoriyaya effektiv şəkildə çatdırmağa imkan verir, bununla da iqlim problemləri haqqında məlumatlılığı artırır və onların həllində fəal iştirakı təşviq edir.
İqlim hadisələrini şahidlərin gözü ilə işıqlandıran ictimai platforma yaratmaqda ilk yol açan ALLATRA TV olub. Əsas media qurumları (main stream) belə təşəbbüsləri həyata keçirməyə başlamazdan xeyli əvvəl, ALLATRA TV ekstremal hava hadisələri ilə birbaşa üzləşmiş insanlara söz verərək dünya ictimaiyyətinin müxtəlif bölgələrdəki iqlim dəyişiklikləri haqqında birinci şəxsdən məlumat almasını təmin edirdi. Bununla belə, ALLATRA Tv iqlim hadisələri ilə bağlı təcili son xəbərlər hazırlamağa başlayaraq ictimaiyyətə operativ və etibarlı məlumatı təmin edən ilk kanal oldu.
ALLATRA TV-nin fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, dünyanın müxtəlif yerlərində baş verən iqlim fəlakətləri haqqında dərc etdiyi məlumatlar tez-tez digər ölkələrin sakinləri üçün gözlənilməz xəbər olurdu. Tamaşaçılar bunun sayəsində qlobal iqlim dəyişikliklərinin bütöv mənzərəsini görə və planetdə baş verən dəyişikliklərin irəliləməsini izləyə bilirdilər. ALLATRA TV-də yayımlanan bu verilişlər auditoriyaya iqlim dəyişikliyinin müxtəlif regionlara təsirinin miqyasını və nəticələrini daha yaxşı anlamaq imkanı verib, təcili iqlim problemlərini daha dərindən dərk etmək üçün vacib məlumatlar və kontekst təqdim edib.
Qeyd olunmalıdır ki, Hərəkatın başlanğıcında iştirak edən alimlərin əhəmiyyətli bir hissəsi öz peşə fəaliyyətlərinin spesifikası və təhlükəsizliklə bağlı səbəblərə görə ictimai tədbirlərdə açıq şəkildə iştirak edə bilmirdilər. İstisna, ətrafinda könüllülər qrupunun formalaşdığı ilkin alimlər qrupunun üzvü olan İqor Mixayloviç Danilov idi, daha sonra onlar "ALLATRA" Beynəlxalq İctimai Hərəkatının yaradılmasına təşəbbüs etdilər.
İqor Mixayloviç yalnız reputasiya risklərini deyil, həm də ictimaiyyətə açıq üzv kimi çıxış etməsinin doğura biləcəyi daha ciddi təhlükələri də gözəl başa düşürdü və dərk edirdi. Lakin eyni zamanda, bəşəriyyətin üzləşdiyi iqlim təhlükəsini və bu risklərin aradan qaldırılması üçün araşdırmaların davam etdirilməsinin nə qədər kritik əhəmiyyət daşıdığını da dərindən anlayırdı. Buna görə də, o, bu istiqamətdə ictimai fəaliyyət yolunu bilərəkdən seçdi. O, şəxsi təhlükəsizliyini deyil, bəşəriyyətin təhlükəsizliyini seçdi.
İqor Mixayloviç Danilov, ALLATRA TV-nin ictimai simalarından birinə çevrilərək müsahibələrdə və müzakirələrdə fəal iştirak etdi. Onun fəaliyyəti iqlim araşdırmaları sahəsində yeni bir istiqamət müəyyənləşdirərək ictimai müzakirələr üçün zəruri şərait yaratdı. Bu, ictimaiyyəti aktual ideyalarla tanış etməyə, insanları iqlim problemlərinin araşdırılmasına cəlb etməyə və elmi təşəbbüsləri dəstəkləməyə xidmət etdi. Nəticədə müstəqil alimlər öz araşdırmalarını davam etdirə, bu sahədə təşəbbüs göstərə bildilər ki, bu da iqlim dəyişiklikləri ilə bağlı biliklərin inkişafını və dərinləşdirilməsini təmin etdi.
İqor Mixayloviçin ictimaiyyət qarşısında səsləndirdiyi məlumatlar, iqlim araşdırmaları kontekstində həm elmi ictimaiyyət üçün yeni istiqamətlər müəyyənləşdirir, həm də geniş ictimaiyyət üçün mühüm müzakirə və təşəbbüslər üçün presedentlər yaradırdı.
Hərəkat iştirakçılarının fəal könüllü fəaliyyəti sayəsində ALLATRA TV-nin video məzmunu müxtəlif dillərə tərcümə olunur və bununla da dünyanın hər yerindən geniş auditoriyaya çatır. ALLATRA TV, müxtəlif ölkələrdən olan "ALLATRA" iştirakçılarının həyata keçirdiyi çoxsaylı layihələrdən sadəcə biridir.
Könüllülərin səyləri ilə ALLATRA TV-nin kontenti müxtəlif onlayn platformalar və sosial şəbəkələr vasitəsilə dünyada 150-dən çox dildə yayılır. İştirakçılar öz təşəbbüsləri ilə iqlim dəyişikliyi məsələlərinin müzakirə edildiyi müxtəlif beynəlxalq konfranslar təşkil edir və iştirak edirlər. Onlar bu sahədə aparıcı alim və mütəxəssislərlə müsahibələr aparır, sənədli filmlər və müxtəlif media kontent yaradırlar ki, bu da iqlim dəyişikliyi problemləri barədə beynəlxalq səviyyədə məlumatlılığın artmasına və davamlı inkişaf məsələləri üzrə müzakirələrin stimullaşdırılmasına xidmət edir. “ALLATRA” könüllülərinin fəaliyyəti demokratik dəyərlərə sadiqlikləri, iqlim problemlərinin həllində və insan hüquqlarının müdafiəsində şəffaflıq və cəsarətlərinə görə beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
"ALLATRA" könüllülərinin “Yaradıcı Cəmiyyət” layihəsində iştirakı
Beynəlxalq miqyasda tanınması və ona olan ehtiyacın artması ilə "ALLATRA" Hərəkatının oxşar məqsəd və dəyərləri paylaşan digər təşəbbüslərlə əməkdaşlıq dairəsi də təbii olaraq genişlənmişdir.Əsas tərəfdaşlardan biri "Yaradıcı Cəmiyyət" beynəlxalq layihəsi oldu.
"Yaradıcı Cəmiyyət" layihəsi — bəşəriyyətin əsas problemlərini həll etməyə yönəlmiş və xüsusilə iqlim böhranının dəf edilməsi və davamlı inkişafın təmin olunmasına fokuslanan qlobal təşəbbüsdür.
Layihə, cəmiyyətdə "yaradıcı cəmiyyət" adlanan yeni bir modelin müzakirəsi ətrafında qurulur hansı ki,bu model qlobal böhranların kompleks həlli yollarını təklif edir və müharibəsiz, münaqişəsiz, zorakılıqsız, yoxsulluq, aclıq olmadan bir gələcək təmin etməyə qadirdir. Layihənin məqsədi, bəşəriyyətin sürətli və dinc yolla yeni bir təkamül mərhələsinə keçməsinə imkan verən işlək model formalaşdırmaqdır.Elə bir cəmiyyət ki, hər bir insanın təhlükəsizliyini, sağlamlığını, rifahını və hərtərəfli inkişafını təmin etməyə yönəlmişdir.
"Yaradıcı Cəmiyyət" beynəlxalq layihəsi təşəbbüsü ABŞ-da yaranmışdır və bu gün ümumbəşəri dəyərlər əsasında qurulmuş cəmiyyət yaratmaq ideyasını dəstəkləyən milyonlarla insanı birləşdirir. "Yaradıcı Cəmiyyət" layihəsində istifadə olunan Yer kürəsindəki iqlim və geodinamik dəyişikliklərin təbiəti ilə bağlı məlumatlar "ALLATRA" Hərəkatının alimləri və fəalları tərəfindən aparılan tədqiqat işlərinə əsaslanır.
"ALLATRA" və "Yaradıcı Cəmiyyət"Müstəqilliklərini qoruyaraq, iqlim təhdidləri haqqında ictimai maarifləndirmə sahəsində bir-birini effektiv şəkildə tamamlayırlar. "ALLATRA" könüllüləri, iqlim dəyişiklikləri barədə məlumatlılığı artırmaq və ümumbəşəri dəyərləri təşviq etmək məqsədi daşıyan çoxsaylı forumlar, konfranslar və digər tədbirlər daxil olmaqla, "Yaradıcı Cəmiyyət" layihəsinin platformasında təşkil olunan müxtəlif təşəbbüslərdə iştirak ediblər.
"Yaradıcı Cəmiyyət" platformasında "Qlobal böhran" ümumi adı altında təşkil edilən ən böyük onlayn forumlar seriyası könüllülərin səyi ilə dünyanın 150 dilinə tərcümə edilmişdir. Bu, iqlim haqqında həyati əhəmiyyət daşıyan məlumatların qlobal auditoriyaya çatdırılmasına və bəşəriyyətin hazırda üzləşdiyi qlobal problemin həll yollarının axtarışında dünya ictimaiyyətinin əhəmiyyətli dərəcədə fəallaşmasına imkan verdi.
"ALLATRA" Beynəlxalq ictimai hərəkatına qarşı koordinasiya olunmuş nüfüzdan salma kampaniyası.
2015-ci ildə "ALLATRA" Hərəkatına qarşı Rusiya Dini və Sektaların Tədqiqat Mərkəzləri Assosiasiyası (RASIRS) tərəfindən koordinasiyalı edilmiş nüfüzdan salma kampaniyası başlandı hansı ki, bu təşkilat, Rusiya Pravoslav Kilsəsinin (RPK) xeyir-duası ilə və guya onun maraqlarına uyğun olaraq fəaliyyət göstərir. Açıq mənbələrdən əldə edilən məlumata görə RASİRS — dini təbliğat yönümlü fəaliyyətlə məşğul olan Rusiya təşkilatıdır və əsasən kult əleyhinə və sektalarla mübarizə fəaliyyətı ilə məşğul olur. Görünən odur ki, RASİRS müxtəlif media qurumlarındakı jurnalistləri və digər agentləri əhatə edən beynəlxalq təsir şəbəkəsini işə salıb ki, "ALLATRA" Beynəlxalq Hərəkatını nüfuzdan salsın, onu ləkələsin və iştirakçılarını simasızlaşdırsın.
"ALLATRA" Hərəkatının beynəlxalq səviyyədə tanınmasının artması və onun qlobal iqlim problemlərinin həllində, demokratik dəyərlərin və açıq cəmiyyət prinsiplərinin təşviqində cəmiyyətin birləşdirilməsi istiqamətində uğurlu fəaliyyəti nəticəsində, RASİRS bu hərəkatı gözdən salmaq üçün genişmiqyaslı kampaniyaya start verdi. Aydındır ki, RASİRS-in "ALLATRA"ya qarşı aqressiv informasiya hücumunun səbəbi, "ALLATRA"nın demokratik prinsiplərə sadiqliyi idi, bu isə RASİRS-in avtoritar ideologiyasına zidd idi və onun maraqlarına uyğun gəlmirdi. "ALLATRA"nın demokratik ideyalarına həm beynəlxalq arenada, həm də Rusiyada sürətlə artan dəstək, yəqin ki, RASİRS nümayəndələri tərəfindən onların Rusiyada qurmağa çalışdıqları avtoritar sistem üçün təhlükə kimi qiymətləndirilmişdir.
Buna görə də, Hərəkatı və onun iştirakçılarını ləkələmək məqsədilə RASİRS, görünür ki, beynəlxalq təsir şəbəkəsini, o cümlədən öz nəzarətində olan kütləvi informasiya vasitələrini səfərbər edərək "ALLATRA" haqqında beynəlxalq səviyyədə nüfuzdansalıcı materialların sistematik yayılmasını təşkil etmişdir.
Diskreditasiya kampaniyasının əhəmiyyətli dərəcədə intensivləşməsi, "ALLATRA" iştirakçılarının Rusiyada qlobal iqlim proseslərinə ciddi mənfi təsir potensialı olan və planetar miqyasda fəlakətli nəticələr doğura biləcək kritik iqlim qeyri-sabitliyi ocağının mövcudluğu barədə elmi hipotezanı ictimaiyyətə açıqladıqları dövrlə xronoloji olaraq üst-üstə düşür. Görünür ki, bu məlumatın yayılması, Rusiyanın dini təbliğat yönümlü təşkilatı RASİRS-in diskreditasiya kampaniyasını daha da gücləndirməsi üçün əlavə bir katalizator rolunu oynamışdır.
"ALLATRA" Hərəkatına qarşı mövcud diskreditasiya kampaniyasının misli görünməmiş miqyası, eyni məzmunlu böhtan xarakterli narrativlərin və əsassız ittihamların müxtəlif ölkələrdə sinxron şəkildə yayılması, bu hərəkətlərin əlaqələndirilmiş xarakterini və dezinformasiyanın vahid mənbədən qaynaqlandığını göstərir. "ALLATRA" Hərəkatını gözdən salmaq məqsədi daşıyan diffamasiya tezisləri ilk dəfə 2015 və 2016-cı illərdə RASİRS və Rusiya Pravoslav Kilsəsi ilə əlaqəli informasiya resurslarında dərc edilib və görünür ki, RASİRS-ə tabe olan beynəlxalq media şəbəkəsi vasitəsilə, o cümlədən Avropada yerləşən ölkələrdə, son on ildə mütəmadi olaraq təkrar yayılır.
Diskreditasiya prosesinin qəsdən aparıldığını, jurnalist obyektivliyi standartlarının sistematik şəkildə gözardı edilməsindən görmək olar: Hərəkatın nümayəndələrinin mövqeyini sorğulamağa ehtiyac duyulmaması, rəsmi məlumat mənbələrinə məhəl qoyulmaması və alternativ baxışların təqdimatından qəsdən imtina edilməsi. Qərəzsiz jurnalistika prinsiplərinə riayət etmək əvəzinə, hansı ki, məsələnin hərtərəfli işıqlandırılması vasitəsilə auditoriyaya öz müstəqil fikrini formalaşdırmağa imkan verir, görünən odur ki, RASİRS-in təsiri altında olan media resursları və jurnalistlər şəbəkəsi "ALLATRA" hərəkatının iştirakçılarına qarşı nifrət oyatmaq və diskriminasiya yönümlü hərəkətləri təşviq etmək məqsədilə nüfuzdan salıcı ritorikanı yaymaq üçün planlı bir strategiya həyata keçirir.
"ALLATRA" Hərəkatına qarşı müxtəlif ölkələrdə həyata keçirilən və əsassız ittihamlarla, yalançı tezislərlə müşayiət olunan bu aqressiv dezinformasiya kampaniyası fonunda, aşağıda təqdim edilən faktiki, dəqiq məlumatlar, Hərəkatın iştirakçılarının qəsdən gözdən salınması məqsədilə yayılmış böhtan xarakterli iddiaların əsassızlığını və saxtalığını obyektiv şəkildə təsdiq edir.
"ALLATRA" Hərəkatına Qarşı Dezinformasiya Kampaniyasında İstifadə Edilən Böhtan Xarakterli Tezislərin Təkzibi
"BƏDİİ KİTABLAR HAQQINDA TEZİS"
"ALLATRA" Hərəkatına qarşı RATSIRS tərəfindən təşkil olunan böhtan xarakterli məqalələrdə irəli sürülən ittihamlarda, jurnalistlərin qəsdən Hərəkatla əlaqələndirdiyi və məzmununu bilərəkdən təhrif edilmiş şəkildə şərh etdiyi bədii kitabların mətnləri yer alır. Bu ittihamların məqsədi Hərəkatın nüfuzunu ləkələməkdir.
"ALLATRA"nın nüfuzdan salınmasına yönəlmiş məqsədli kampaniya çərçivəsində böhtan xarakterli yazıların müəllifləri Hərəkatın geniş fəaliyyətini və mahiyyətini qəsdən gizlədirlər. Onlar diqqəti yalnız müəyyən bədii kitablara yönəldərək, sanki bu kitablar Hərəkatın əsas fəaliyyəti kimi təqdim etməyə çalışırlar. Halbuki bu kitablar hələ "ALLATRA" hərəkatı və ondan əvvəlki təşkilat olan "Laqoda" yaranmamışdan əvvəl iqlim problemlərinə diqqəti cəlb etmək məqsədilə həyata keçirilən çoxsaylı təşəbbüslərdən biri olmuşdur. Beynəlxalq Hərəkatın ideologiyasını və çoxşaxəli fəaliyyətini bir neçə ədəbiyyat əsərinə qədər daraltmaq, formal məntiq baxımından belə absurddur və bu, həmin qaralama kampaniyasının təşəbbüskarlarının qəsdən təhrif və dezinformasiya yaydıqlarını göstərir.
Əvvəla, vurğulamaq lazımdır ki, bədii ədəbiyyat Hərəkatın ideologiyası kimi qəbul edilə bilməz və de-fakto da belə deyil. "ALLATRA" Beynəlxalq İctimai Hərəkatının nizamnaməsində hər hansı bədii əsərlərə istinad yoxdur. Hərəkatın məqsədləri və vəzifələri onun nizamnamə sənədlərində dəqiq şəkildə müəyyən edilib.
İctimai hərəkatların formalaşması və inkişafı çoxsaylı amillərlə müəyyən edilən mürəkkəb sosial prosesdir. Bu prosesi bir ədəbi mənbənin təsirinə endirmək əsassız kobud sadələşdirmədir. Müxtəlif millətlərə və dinlərə, peşələrə və baxışlara malik 180 ölkədən insanları birləşdirən beynəlxalq hərəkatın ideologiyasının bir müəllifin bədii əsərləri ilə tamamilə müəyyən oluna biləcəyi iddiasının özü absurd, əsassız, məntiqsiz və manipulyasiyadır. Belə ittihamlar söz azadlığı, birləşmək azadlığı və hüququn əsas prinsipləri ilə, həmçinin bu hüquqların beynəlxalq hüquqi sənədlərdə təsbit edilmiş müddəaları ilə ziddiyyət təşkil edir.
ALLATRA-ya qarşı RACIRS dezinformasiya kampaniyasının bir hissəsi olaraq, bəzi ədəbi əsərlərin ictimai hərəkata təsirini qəsdən şişirtməyə və hətta kriminallaşdırmağa cəhd edildi, əslində isə belə bir təsir yoxdur. Həmçinin, qeyd olunan bədii əsərlər cəmiyyətin diqqətini sosial və iqlim problemlərinə cəlb etmək, oxucuların emosional intellektini inkişaf etdirmək, o cümlədən özünənəzarət və tənqidi düşünmə bacarıqlarını təkmilləşdirmək məqsədi daşıyırdı. Bu məqsəd qanuni və sosial baxımdan mühüm əhəmiyyət kəsb edir və ifadə azadlığı hüququ ilə qorunur.
Həmçinin qeyd etmək lazımdır ki, bədii əsərlər və onlarda istifadə olunan ədəbi üsullar müəllifin real inanclarının ifadəsi kimi şərh edilə bilməz. Bədii ədəbiyyat mahiyyət etibarilə təxəyyül. Hər bir kitabın əvvəlində müəllifin obrazların və hadisələrin təxəyyül olduğunu açıq şəkildə bildirməsi reallıqla bədii təxəyyül arasında dəqiq sərhəd qoyur. Üstəlik, hazırkı fəaliyyət və məqsədləri ilə heç bir əlaqəsi olmayan uydurma əsasında bütöv bir təşkilatı nüfuzdan salmaq və cinayət məsuliyyətinə cəlb etmək cəhdi, nəinki beynəlxalq hüquqi aktlarda və milli konstitusiyalarda təsbit olunmuş söz və ifadə azadlığı prinsiplərinə ziddir, hətta elementar sağlam düşüncəyə də ziddir. Əgər ədəbi əsərlər qanunla müəyyən edilmiş məhdudiyyətləri, məsələn, zorakılığa çağırış və ya nifrət təbliği kimi hallar daşımırsa, onlar senzura olunmamalıdır.
"ALLATRA"ya qarşı böhtan xarakterli məqalələrdə müəlliflər qəsdən manipulyativ çərçivələmə (freyminq) üsulundan istifadə edirlər. Bu, məlumatın auditoriya tərəfindən qavranılmasına və şərh edilməsinə təsir edən bir təqdimetmə üsuludur. Freyminq ona əsaslanır ki, məlumatın təqdim olunduğu kontekst onun mənasını və qavranılmasını əhəmiyyətli dərəcədə dəyişə bilər. Beləliklə, freyming – insanların məlumatı necə başa düşməsi və ona necə reaksiya verməsinə təsir edən güclü bir manipulyasiya vasitəsidir. Jurnalistlər bu manipulyasiya üsulundan tez-tez “ALLATRA” və onun iştirakçılarına qarşı istifadə edirlər. Onlar bədii kitablardakı seçmə təhrif olunmuş məlumatları, Hərəkat haqqında yanlış məlumatları və özlərinin təhrif olunmuş şərhlərini birləşdirərək bütün bunları obyektiv məlumat kimi təqdim edirlər, halbuki bu “məlumat” yalandan başqa bir şey deyil. Bu yanaşma oxucunun etimadının kobud şəkildə manipulyasiyası, ALLATRA Hərəkatının qanuna tabe olan iştirakçılarını nüfuzdan salır və insan hüquq və azadlıqları, o cümlədən ləyaqətinin müdafiəsi sahəsində beynəlxalq qanunvericiliyi pozur.
"Yaradıcı Cəmiyyət" Layihəsi Haqqında Tezis
Göründüyü kimi, RACIRS agentləri tərəfindən hazırlanmış vahid şablon əsasında yaradılmış ALLATRA haqqında böhtan xarakterli məqalələrdə ALLATRA-nın Yaradıcı Cəmiyyət layihəsi ilə əlaqələrinə dair “ittihamlardan” da bəhs edilir. Jurnalistlər özlərindən “Yaradıcı Cəmiyyət”in tərifini formalaşdırıblar ki, buda layihənin rəsmi resurslarında və layihənin ideyasının, məqsəd və vəzifələrinin təsvirində heç vaxt qeyd olunmayıb. Onlar ALLATRA-nı ləkələmək üçün lazım olan öz nəticələrini əlavə etməklə yanaşı, Yaradıcı Cəmiyyət layihəsinin ideyalarından elementləri yuxarıda qeyd olunan bədii kitabların fraqmentləri ilə birləşdirərək yenidən manipulyasiya freyminq texnikasından istifadə ediblər.
Yəni göründüyü kimi, RAСIRS-in ritorikasının təsiri altında olan jurnalistlər əvvəlcə "Yaradıcı Cəmiyyət" konsepsiyasını təhrif olunmuş bir şəkildə, reallığa uyğun gəlməyən formada təqdim ediblər. Daha sonra isə, məhz özlərinin yaratdıqları bu uydurma təsəvvürə əsaslanaraq "ALLATRA" hərəkatını həmin ideyanı dəstəkləməkdə və yaymaqda ittiham ediblər.
Qeyd etmək lazımdır ki, "Yaradıcı Cəmiyyət" konsepsiyası dünyanın müxtəlif yerlərində aparılan geniş miqyaslı sosioloji sorğular nəticəsində insanların ehtiyac və arzularına cavab olaraqyaranmışdır. Bu sorğularda insanlar gələcəkdə necə bir cəmiyyətdə yaşamaq istədiklərini ifadə ediblər. Zamanla "Yaradıcı Cəmiyyət" konsepsiyası inkişaf edib, genişlənib və zənginləşib. Müxtəlif sahələrdən mütəxəssis və ekspertlərin – iqtisadçılar, sosioloqlar, hüquqşünaslar, mədəniyyət xadimləri, siyasətçilər və ictimai fəalların iştirakı ilə görüşlər, dəyirmi masalar və müzakirələr təşkil olunmuşdur. Bu tədbirlərdə dünya miqyasında tanınmış ekspertlər də iştirak etmişlər. Bu tədbirlərdə ekspertlər hamı üçün sabit, təhlükəsiz və rahat sosial struktur modelini yaratmaq üçün optimal həlləri birgə axtarıblar. Azadlıq və demokratiya prinsiplərinə əsaslanan və özündə BMT-nin ideallarını əks etdirən, dayanıqlı gələcək modelləri müzakirə olunurdu.
Bununla yanaşı, Rusiya dini təşkilatı RACİRS-in ritorikasını təkrarlayan jurnalistlər, böhtan xarakterli materiallarda layihə iştirakçılarının fəaliyyətini qəsdən təhrif edirdilər. Bunun üçün yuxarıda qeyd edilən freyming üsulundan istifadə ediblər. Məsələn, həqiqətdə “şərtsiz baza gəlirini müzakirə edirlər” ifadəsi işlədildiyi halda, dezinformasiya materiallarında qəsdən “şərtsiz baza gəliri vəd edirlər” kimi ifadələrdən istifadə olunub, halbuki "Yaradıcı Cəmiyyət" layihəsinin və ya "ALLATRA" Hərəkatının rəsmi platformalarında belə bir vəd heç vaxt verilməyib.
GƏLƏCƏK CƏMIYYƏT MODELLƏRI: HÜQUQI ASPEKT
"ALLATRA" Hərəkatı iştirakçılarının alternativ ictimai quruluş modellərini müzakirə etməklə bağlı fəaliyyəti, tamamilə müasir sosial-fəlsəfi və futuristik diskursun kontekstinə uyğundur.
Bəşəriyyət tarixinin bütün dövrlərində mütəfəkkirlər, filosoflar və ictimai xadimlər ideal cəmiyyətin müxtəlif modellərini təklif ediblər. Utopyaçı sosialistlərin işlərindən müasir postindustrial cəmiyyət konsepsiyalarına qədər bu, sosial layihələndirmənin fasiləsiz bir ənənəsidir. Müasir futuristlər, məsələn, Alvin Toffler, Frensis Fukuyama, Yuval Noy Harari kimi alimlər mütəmadi olaraq cəmiyyətin inkişafı ilə bağlı müxtəlif ssenarilər təklif edən əsərlər nəşr edirlər. Onların fəaliyyəti elmi və ictimai diskursun qanuni bir hissəsi kimi qəbul olunur. Müasir ictimai hərəkatların, təşkilatların, müxtəlif iqtisadi məktəblərin iqtisadçılarının və hətta iri texnologiya şirkətlərinin təsisçilərinin gələcəyin cəmiyyəti ilə bağlı təklif etdiyi baxışlar geniş ictimaiyyət arasında müzakirə olunur. Bundan əlavə, müxtəlif dini konfessiyaların nümayəndələri də öz dini təlimlərinə əsaslanaraq arzu olunan ictimai quruluş barədə fikirlərini bildirirlər. Dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən vətəndaş təşəbbüsləri və QHT-lər təhsil sahəsindən tutmuş səhiyyəyə qədər cəmiyyətin müxtəlif sahələrində inkişaf üçün təkliflər irəli sürürlər. Bu, vətəndaş cəmiyyətinin normal fəaliyyət praktikasının bir hissəsidir. Hətta BMT səviyyəsində belə cəmiyyətin dayanıqlı inkişafı üçün müxtəlif modellər hazırlanır və müzakirə edilir ki, bu da belə fəaliyyətin qlobal səviyyədə qanuniliyini təsdiq edir.
Beləliklə, "ALLATRA"nın alternativ cəmiyyət modellərinin müzakirəsi ilə bağlı fəaliyyəti müasir dünyada mövcud olan oxşar təşəbbüslərin geniş spektrinin bir hissəsidir. Bu, demokratik cəmiyyətdə ictimai diskursun ayrılmaz bir hissəsidir.
"ALLATRA"nı bu sıradan fərqləndirmək və onun fəaliyyətini xüsusi və ya potensial təhlükəli bir şey kimi təqdim etməyə cəhd göstərmək əsassızdır və beynəlxalq hüquqda təsbit olunmuş fikir azadlığı və ifadə azadlığı prinsiplərinə ziddir.
"YARADICI CƏMİYYƏT" İDEYASI: HÜQUQİ ASPEKT
Sosial problemlərin açıq müzakirəsi və onların həll yollarının axtarışı beynəlxalq hüquqla qorunan demokratik prosesin ayrılmaz hissəsidir. Xüsusilə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsi fikir və ifadə azadlığını, o cümlədən cəmiyyətin müxtəlif idarəetmə modellərini müzakirə etmək və təklif etmək hüququnu təmin edir.
İqlim problemlərinin və cəmiyyətin iqlim çağırışlarına uyğunlaşmasının zəruriliyinin müzakirəsi beynəlxalq səviyyədə tanınmış bir məsələdir və bu, bir çox beynəlxalq razılaşmalarla da təsdiqlənir.
Fərqli ölkələrdən olan “ALLATRA” Hərəkatının könüllülərinin ABŞ-da qeydiyyatdan keçmiş “Yaradıcı Cəmiyyət” layihəsində iştirakı, müzakirələrin açıq və beynəlxalq xarakter daşıdığını nümayiş etdirir ki, bu da qlobal vətəndaş cəmiyyətinin prinsiplərinə uyğundur.
Qeyd etmək lazımdır ki, “Yaradıcı Cəmiyyət” modeli üzrə mümkün ictimai quruluş ideyasının irəli sürülməsi mövcud quruluşun zorla devrilməsi çağırışlarını ehtiva etmir, yəni bu, qanunsuz hərəkət kimi qiymətləndirilə bilməz.
Əsas vurğulanmalı məqam budur ki, könüllülərin “Yaradıcı Cəmiyyət” ideyasının müzakirəsi ilə bağlı fəaliyyəti tamamilə konstruktiv və qeyri-zorakı xarakter daşıyır, hakimiyyət iddiası və ya bu ideyaların zorla qəbul etdirilməsi cəhdləri olmadan həyata keçirilir. Bu cür fəaliyyətlər konstitusiyanın söz azadlığı və dinc toplaşmaq prinsiplərinə tam uyğundur və dövlət quruluşunu konstitusiyaya zidd olaraq dəyişməyə yönəlmiş hərəkətlər kimi şərh edilə bilməz.
Hüquq normalarına əsasən, cəmiyyətin alternativ modellərinin müzakirəsi və təklifində hər hansı hüquq pozuntusu yoxdur. Jurnalistlər, Rusiyanın din yönümlü təşkilatı RASİRS-in ritorikasını davam etdirərək, bu cür hərəkətləri “ALLATRA”ya bağlamağf çalışırlar. Demokratik bir cəmiyyətdə ictimai quruluş ideyalarına monopoliyanın olması qeyri-mümkündür. Cəmiyyətin alternativ quruluş modellərinin təklif edilməsi demokratiyanın əsas prinsiplərindən biri olan fikir plüralizminin həyata keçirilməsidir.
Beləliklə, hüquqi nöqteyi-nəzərdən “ALLATRA” Hərəkatının və onun iştirakçılarının cəmiyyətin alternativ idarəetmə modellərinin müzakirəsi və təklifi ilə bağlı fəaliyyəti beynəlxalq hüquq normalarına və demokratik cəmiyyət prinsiplərinə tam uyğundur. Bu fəaliyyət, fikir azadlığı, rəy bildirmə və ictimai həyatda iştirak kimi fundamental hüquqların həyata keçirilməsidir. Belə bir fəaliyyətin cinayət sayılması və ya məhdudlaşdırılması cəhdləri insan hüquqları və demokratiyanın əsas prinsiplərinə ziddir.
“YARADICI CƏMIYYƏT” İDEYASINA GÖRƏ TƏQIB: MƏNƏVI ASPEKT
“Yaradıcı Cəmiyyət” layihəsi çərçivəsində könüllülərin fəaliyyəti hər zaman şəffaf olub, layihənin mahiyyəti isə rəsmi veb saytında və layihənin kanalında yerləşdirilmiş çoxsaylı videolarda açıq şəkildə təqdim edilib. İstənilən şəxs bu materiallarla tanış olaraq layihə və “Yaradıcı Cəmiyyət” ideyası haqqında şəxsi rəy formalaşdırmaq imkanına malikdir.
“Yaradıcı Cəmiyyət” layihəsi çərçivəsində aparılan açıq müzakirə dünya miqyasında bir çox müsbət təşəbbüslərin yaranmasına səbəb olub və insanları hamının rifahı naminə fəaliyyət göstərməyə ruhlandırıb.“AllatRa” iştirakçıları, həmvətənlərinin rifahı və ölkələrinin inkişafı üçün səmimi qayğı ilə hərəkət edərək, həyatlarının və enerjilərinin böyük bir hissəsini ictimai faydalı fəaliyyətə həsr ediblər. Onlar cəmiyyətin həyatını yaxşılaşdırmaq və müsbət dəyişikliklərə nail olmaq ümidi ilə şəxsi vaxtlarını və resurslarını əsirgəmədən yorulmadan çalışıblar.
Bu səbəbdən, göründüyü kimi Rusiyanın dini yönümlü RATSIRS təşkilatı tərəfindən təşkil olunmuş “AllatRa” Hərəkatı iştirakçılarının ədalətsiz şəkildə nüfuzdan salınması və amansız təqibi, yalnız “AllatRa” iştirakçılarının şəxsi faciəsi deyil, həm də vətəndaş cəmiyyətinə ümumi zərbədir. Bu, gələcəkdə cəmiyyətin rifahı naminə təşəbbüs göstərə biləcək insanlar arasında qorxu və biganəlik atmosferi yaradır.
“KULT” VƏ “SEKTA” KIMI ALÇALDICI TERMINLƏRLƏ STIQMATIZASIYA
RASİRS tərəfindən “ALLATRA”ya qarşı aparılan nüfuzdan salma kampaniyasının bir hissəsi, Hərəkatı “sekta”, “kult” və “apokaliptik kult” kimi alçaldıcı və dehumanizasiyaedici terminlərlə damğalamaqdan ibarətdir. Bu ifadələr məqsədli şəkildə RASİRS-in müəyyən etdiyi şablonlara uyğun olaraq məqalədən məqaləyə təkrar yayılır və “ALLATRA” iştirakçıları haqqında mənfi imic formalaşdırmağa yönəlmişdir.
Lakin əslində, “ALLATRA” Hərəkatının fəaliyyətini yuxarıda qeyd olunan stiqmatizasiyaedici anlayışların heç biri ilə əlaqələndirmək mümkün deyil. Bu, “ALLATRA” iştirakçılarının arasında müxtəlif dinlərin və dini cərəyanların nümayəndələri ilə yanaşı, çox sayda ateist, aqnostik və digər inanc sistemlərinə malik insanların olmasından irəli gəlir. “ALLATRA” Hərəkatında iştirak etmək heç bir şəkildə şəxsin dini və ya əxlaqi inancları ilə bağlı deyil, onlara təsir göstərmir və onlardan asılı olmur.
Böhtan xarakterli materialların müəllifləri “ALLATRA” Hərəkatına “apokaliptik kult” damğası vurmağa çalışırlar, bunun səbəbi isə könüllülərin iqlim problemlərini fəal işiqlandırmasıdır. Halbuki, “ALLATRA” Hərəkatının təqdim etdiyi iqlim vəziyyəti ilə bağlı məlumatlar yalnız müstəqil elmi tədqiqatlara və riyazi hesablamalara əsaslanır. Məhz elmi məlumatlara əsaslanaraq yaxın gələcəkdə fəlakətli iqlim hadisələrinin sayının və gücünün artacağı ilə bağlı hipotezlər irəli sürülüb.
Qeyd etmək lazımdır ki, BMT və elmi ictimaiyyətin nümayəndələrinin iqlimlə bağlı narahatedici vəziyyətə dair son açıqlamaları çox vaxt “ALLATRA” Hərəkatının iqlim mövzusunda ifadə etdiyi narahatlıqdan da kəskin səslənir. Məsələn: “Hazırkı əsr bəşəriyyətin sonuncusu ola bilər” (A. Quterreş) və ya “Əgər tədbir görməsək, bizi sivilizasiyanın məhvi gözləyir” (D. Attenboro) kimi bəyanatlar. Buna baxmayaraq, heç kim BMT-ni “apokaliptik kult” kimi xarakterizə etmir. “ALLATRA” ilə bağlı isə böhtan xarakterli materialların müəllifləri xüsusi olaraq stiqmatizasiyaedici, qorxuducu terminlərdən, manipulyativ epitetlərdən istifadə edir, auditoriyada mənfi hisslər oyatmaq üçün ifadələri kontekstdən çıxarır və məlumatı təhrif edirlər ki, Hərəkat haqqında arzuladıqları neqativ təsəvvürü formalaşdırsınlar.
Böhtan xarakterli məqalələr tez-tez “ALLATRA” Hərəkatının iştirakçıları tərəfindən açıq şəkildə səsləndirilən və 2036-cı ilə qədər təbii kataklizmlərin güclənməsi ilə bağlı olan elmi hipotezi manipulyasiya edir. Bu hipotezə görə, təbii fəlakətlərin miqyası elə bir səviyyəyə çata bilər ki, bəşəriyyətin mövcudluğu ciddi təhlükə ilə üzləşə bilər. Həmin hipotez həmçinin, planetin geodinamik aktivliyinin əhəmiyyətli dərəcədə güclənməsi nəticəsində Marian çökəkliyində, okean plitəsinin ən nazik yerində magmatik aktivliyin kəskin artması ehtimalını da ehtiva edir ki, bu da katastrofik nəticələrə səbəb ola bilər.
Dezinformasiya mənbələri bu hipotezi qəsdən təhrif olunmuş şəkildə təqdim edirlər. Xüsusən də, bu mənbələr hadisələrin təqdim olunan ssenarisinin ilk növbədə bir hipotez olduğunu və onun riyazi hesablamalara, elmi məlumatların təhlilinə və Yerə yaxın planetlərdə baş verən bənzər fəlakətli ssenarilərin analizinə əsaslandığını qəsdən gizlədirlər. Belə ssenarilər yalnız nəzəri ehtimala malik olsa belə, cəmiyyət onların varlığından xəbərdar olmalı və baş verən iqlim və geodinamik dəyişikliklərin miqyasını və kritikliyini anlamaq hüququna malikdir.
Bu gün qarşılaşdığımız iqlim böhranının Yer üzündə həyat üçün uyğunsuz şərait yaradacaq həddə çatması ehtimalı elmi ictimaiyyətin böyük bir hissəsi tərəfindən qəbul edilir. Müzakirələr əsasən bunun hansı müddət ərzində baş verə biləcəyi və bəşəriyyətin bu problemi dəf etmək üçün uyğunlaşma mexanizmlərini inkişaf etdirmək qabiliyyəti ətrafında cəmlənib.
Qeyd etmək lazımdır ki, “AllatRa” Hərəkatının mövqeyi heç vaxt iqlim dəyişikliyində antropogen amili inkar etməkdən ibarət olmayıb. Şübhəsiz ki, “ALLATRA” bu cür baxışa sahib olan alimlər də daxil olmaqla müxtəlif fikirlərin ifadə olunması üçün platforma təqdim edib. Lakin bu, elmi mövqelərin müxtəlifliyini əks etdirmək və fənlərarası dialoqu təşviq etmək çərçivəsində həyata keçirilib.
CO2-nin iqlim dəyişikliklərinə kritik təsir göstərən mühüm antropogen faktor olduğunu qəbul edən "ALLATRA" elmi icmasının nümayəndələri, müşahidə edilən kəskin iqlim dəyişikliyinə töhfə verə biləcək digər faktorların da mövcud ola biləcəyini ehtimal edirlər. İqlim sistemindəki sürətlənən və gözlənilməz kollaps, anomal hadisələrin və kataklizmlərin gücünün artması əlavə təsir faktorlarının, məsələn, geodinamik proseslərin – maqmatik və vulkanik aktivliyin artması, geotermal istilik miqdarının çoxalması, eləcə də yaxın və uzaq kosmosun təsirinin mövcud olma ehtimalına işarə edir.
Bu baxımdan, “AllatRa”nın çağırışı, belə mümkün əlavə amilləri aşkar etmək və tədqiq etmək, eləcə də onların təsirini aradan qaldırmaq üçün beynəlxalq, müstəqil elmi dialoqun başlanmasının vacibliyini vurğulamaqdan ibarətdir.
RASİRS tərəfindən başlanan diskreditasiya kampaniyasında "ALLATRA" Hərəkatı əsassız şəkildə "apokaliptik kult" olaraq təqdim edilir; guya hərəkat "dünyanın sonu ilə qorxudur və yalnız öz ardıcıllarının xilas olacağını iddia edir, buna görə də təcili olaraq bu kulta qoşulmaq lazımdır." Halbuki bu cür ritorika "ALLATRA" iştirakçılarının heç vaxt və heç bir kontekstdə səslənməyib və səslənə də bilməz.
Əksinə, hər zaman diqqət çəkilib ki, iqlim böhranından çıxış yolu yalnız müxtəlif elm sahələrindən olan alimlərin bir araya gəlməsi və nəzəri, həm də texniki elmi bazanın birləşdirilməsi ilə mümkündür.
Yəni, "ALLATRA" iştirakçıları həmişə bu problemin həllini ümumbəşəri məsələ kimi təqdim ediblər. Bunun üçün problemi daha geniş miqyasda qəbul etməyə və onun həll yollarını tapmağa imkan verəcək qərəzsiz beynəlxalq müzakirə platformasında alimlərin bir araya gəlməsi lazımdır. "ALLATRA" iştirakçıları hesab edir ki, çıxış yolu tapmaq üçün bütün mümkün hipotezlər və ssenarilər nəzərdən keçirilməlidir.
"ALLATRA" iştirakçıları ağıllı və sağlam düşüncəli insanlardır; ilk növbədə yaşamaq, ailələrinin və uşaqlarının yaşamasını və bəşəriyyətin həyatını davam etdirməsini istəyirlər.
Qeyd etmək lazımdır ki, Hərəkat mövcud olduğu bütün müddət ərzində "ALLATRA" iştirakçılarının fəaliyyəti, o cümlədən iqlim məsələlərində, Birləşmiş Millətlər Təşkilatının nizamnamə müddəalarının həyata keçirilməsinə yönəlib.
Lakin hazırda Rusiyanın dini yönümlü RATSIRS təşkilatı tərəfindən “AllatRa” Hərəkatına qarşı başladılan genişlənmiş nüfuzdan salma kampaniyası, iqlim təhdidi dəyərdən salır və ona “apokaliptizm” və ya “feyk” damğası vurmağa çalışır.
İqlim problemlərinin məqsədyönlü şəkildə gözdən salınması, yəqin ki, onun həlli üçün beynəlxalq konsensusun və qlobal təhlükə qarşısında bəşəriyyətin birləşməsinin tələb olunması ilə əlaqədardır. Belə bir ssenari, qaçılmaz olaraq, geosiyasi ambisiyaları ikinci plana çəkir və təcili ümumbəşəri problemlərin həlli üçün beynəlxalq sabitliyin bərqərar olunmasını nəzərdə tutur. Görünür ki, hadisələrin belə inkişafı bəzi qrupların demokratik institutların pozulmasına və beynəlxalq əlaqələrin qeyri-sabitləşməsinə yönəlmiş maraqlarına ziddir, çünki qlobal əməkdaşlıq şəraitində onların destruktiv fəaliyyəti dünya ictimaiyyəti üçün aşkar olacaq.
"ALLATRA" Hərəkatına qarşı aparılan diskreditasiya kampaniyası çərçivəsində həyata keçirilən destruktiv fəaliyyətlər, BMT-nin proqramını, iqlim problemlərinin həlli üzrə beynəlxalq cəmiyyətin səylərini və bu çağırışların öhdəsindən gəlmək yollarını tapmaq cəhdlərini gözdən salır. Halbuki Birləşmiş Millətlər Təşkilatı bu mövzunun aktuallaşdırılmasına, onun geniş miqyasda tanıdılmasına və konkret addımların atılmasına çağırır. Beləliklə, "ALLATRA" iştirakçıları qanuni demokratik hüquqlarının pozulması ilə üzləşir və iqlim dəyişiklikləri mövzusu əhəmiyyətli dərəcədə gözdən salınır: məsələ istehzaya məruz qalır, onun əhəmiyyəti kiçildilir.
Bu cür gözdən salmalar, sonda iqlim çağırışlarının öhdəsindən gəlmək üçün birləşmə prosesini ləngidir. İnsanlıq lazım olan tədbirləri görmədikcə, böyük sayda insan iqlim dəyişikliyinin fəlakətli nəticələrindən əziyyət çəkməyə davam edir.
Beləliklə, iqlim problemlərinin gözdən salınmasına yönəlmiş bu hərəkətlər onun həllinə və insanların mənafelərinin müdafiəsinə kömək etmir; əksinə, bəşəriyyətin artan iqlim fəlakətləri qarşısında qaldığı vəziyyəti daha da ağırlaşdırır.
İqor Mixayloviç Danilova qarşı aparılan diskreditasiya kampaniyası
Müxtəlif ölkələrdən olan Jurnalistlər "ALLATRA" Hərəkatını gözdən salmaq üçün eyni böhtan xarakterli tezislərdən istifadə etdilər, bu tezislər ilkin olaraq Rusiyanın dini təbliğat yönümlü təşkilatı RASİRS tərəfindən hazırlanmışdı. Bununla belə, sadəcə olaraq hədəf təşkilatın damğalanması onlar üçün kifayət deyildi, təşkilata qarşı mübarizəni gücləndirmək üçün onun rəhbərini tapmalı və ya onu özləri təyin etməli idilər ki, sonra onu gözdən salsınlar və tamamilə insanlıqdan çıxarsınlar.
Bu halda «ALLATRA» Hərəkatının fəal iştirakçısı İqor Mixayloviç Danilov ədalətsiz nüfuzdan salma, qeyri-insaniləşdirmə və medianın amansız haqsız hücumlarına məruz qaldı. Onların hədəf seçiminə bir neçə amil təsir göstərdi.
İnsanlara və bütövlükdə cəmiyyətə qayğının, sosial əhəmiyyətli mövzuların müzakirəsinin vacibliyini anlayaraq, İqor Mixayloviç «ALLATRA» Hərəkatının media fəaliyyətində fəal iştirak edir və verilişlər silsiləsində daimi iştirakçı kimi çıxış edirdi.İqor Mixayloviçin iştirakı ilə videolar aktual və vacib mövzuların geniş spektrini əhatə edir və bu mövzulara dünya ictimaiyyətinin diqqətini yönəldirdi.
İqor Mixayloviçin bir çox elmi məsələlərdəki ekspertliyi, klimatologiya və digər elmi sahələrdə geniş bilikləri, yüksək əxlaqi dəyərləri və altruistik fəaliyyəti dünyanın müxtəlif ölkələrində çoxsaylı insanların səmimi hörmət və rəğbətini qazanıb.Bu fakt və İqor Mixayloviçin şəxsiyyətinə artan ictimai maraq onu RACİRS-in hədəfi kimi seçilməsində əsas rol oynadı. Buna görə də, sonradan böhtan dolu nəşrlərin müəllifləri ona “kult lideri” obrazını yapışdırmağa cəhd göstərmiş və həm onun, həm də yaxınlarının əleyhinə antihumanist, qanunsuz bir qarayaxma kampaniyasına başlamışlar.
Qeyd etmək vacibdir ki, tamaşaçılar arasında qazandığı layiqli hörmət və rəğbətə baxmayaraq, İqor Mixayloviç heç vaxt özünü «ALLATRA» Hərəkatının lideri kimi təqdim etməmişdir.Əksinə, o, dəfələrlə özünü adi bir iştirakçı və könüllü olaraq təqdim edərək açıq şəkildə bəyan etmişdir. Lakin onun bu mövqeyi RASİRS agentləri tərəfindən qəsdən nəzərə inkar olunub. Nəticədə, görünür ki, RACİRS-in rəhbərliyi altında İqor Mixayloviçin, eləcə də onun yaxınlarının və doğmalarının nüfuzdan salınması üçün qəsdən yalan və böhtan dolu məlumatlardan istifadə edilərək uzunmüddətli bir informasiya kampaniyası başladılmışdır. Bu günahsız insanlara qarşı aparılan bu qara yaxma kampaniyası insan haqlarının fundamental hüquqlarının kobud şəkildə pozulması, jurnalistika etikası prinsipləri və beynəlxalq hüquq normalarının pozulması ilə həyata keçirilirdi.
İqor Mixayloviç və onun ailə üzvlərinə qarşı yönəldilmiş böhtan kampaniyası çərçivəsində mütəmadi olaraq yalan məlumatlar və əsassız ittihamlar ehtiva edən böhtan xarakterli materiallar yayılırdı. Bundan əlavə, şəxsi bəyanatlar qəsdən kontekstdən çıxarılaraq təhrif edilir, manipulyativ montaj vasitəsilə dəyişdirilirdi. Fərqli ölkələrdə yayımlanan böhtan xarakterli məqalələr eyni şablon üzrə dərc olunurdu, eyni retorika ilə yazılırdı və RASİRS tərəfindən başladılan bu kampaniya tək bir məqsədə: cəmiyyətdə “təhlükəli kult lideri” obrazı yaratmağa xidmət edirdi.
Bu diskreditasiya kampaniyasının nəticəsində İqor Mixayloviçin həyatı və təhlükəsizliyi dəfələrlə ciddi təhlükə ilə üzləşmişdir. Bu təhdidlər birbaşa olaraq RASİRS-in nümayəndələri və onların media agentləri tərəfindən yaradılan mənfi informasiya mühitindən qaynaqlanırdı.
Bütün bunlar hansı məqsədlə edilirdi? Cavab RASİRS liderinin sözlərindədir: “...onlar yəqin ki, özlərinin “qurularını” sağ qaldığı müddətcə mövcud olacaqlar... Əksər sektalar liderlərinin həyatdan getməsi ilə sona çatır.”
Qeyd etmək vacibdir ki, kütləvi informasiya vasitələrində dəfələrlə şəxsi məlumatlar, o cümlədən İqor Mixayloviç və onun ailə üzvlərinin yaşayış yeri, şəxsi məlumatları, adları, soyadları, yaşadıqları və işlədikləri yerlər açıqlanmışdır. Bu məlumatlar mərkəzi televiziya kanalları vasitəsilə yalnız mənfi və qara yaxma kontekstində yayımlanırdı. Belə məlumatların icazəsiz açıqlanması şəxsi məlumatların qorunması haqqında qanunvericiliyin kobud şəkildə pozulmasıdır, şəxsi təhlükəsizliyə təhdid yaradır və təqib, qorxutma, psixoloji təzyiq göstərmək və nüfuzu ləkələmək məqsədilə həyata keçirilən bir hərəkət kimi qiymətləndirilə bilər.
Bununla yanaşı, kütləvi informasiya vasitələri vasitəsilə yalan məlumatların və böhtanların sistemli şəkildə yayılması, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktla təmin olunan şərəf və ləyaqətin qorunması hüququnu pozur. Fikirlərin qəsdən kontekstdən çıxarılaraq təhrif edilməsi və neqativ obraz yaratmaq məqsədilə istifadəsi ifadə azadlığı prinsiplərinə və öz mövqeyini ədalətli şəkildə təqdim etmək hüququna ziddir. Həmçinin, bir şəxsin ehtimal olunan inancları əsasında ona qarşı düşmənçilik atmosferinin yaradılması, qanun qarşısında bərabərlik prinsipini və diskriminasiyaya qadağanı pozur.
Belə hərəkətlər, insanın həyatına və sağlamlığına təhlükə yaratmaq, vətəndaşların konstitusion hüquqlarının, xüsusilə həyat hüququnun, şəxsi həyatın toxunulmazlığı və şərəf və ləyaqətin qorunması hüququnun pozulmasıdır. Təşkil edilmiş təqib və təzyiq hərəkətləri beynəlxalq hüququn ciddi pozuntusu kimi qiymətləndirilir, bəzi hallarda soyqırım elementlərini ehtiva edir və bəşəriyyətə qarşı cinayət kimi qəbul edilir.
Diskreditasiya fəaliyyətinə hüquqi qiymət
Ümumilikdə, RASİRS-in nümayəndələrinin və onların media agentlərinin "ALLATRA" Hərəkatına qarşı apardıqları diskreditasiya kampaniyası, bir çox beynəlxalq səviyyədə tanınmış insan hüquqları və ədalət prinsiplərinin kompleks şəkildə pozulmasını təşkil edir, o cümlədən:
-
Nifrət təbliğatının yayılması
- Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın (MSHBP) 20-ci maddəsinin 2-ci bəndi: "Milli, irqi və ya dini nifrəti təbliğ edən, diskriminasiyaya, düşmənçiliyə və ya zorakılığa təhrik edən hər hansı çıxış qanunla qadağan olunmalıdır."
-
Şəxsi həyatın toxunulmazlığının pozulması
- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin (ÜİHB) 12-ci maddəsi: "Heç kəs öz şəxsi və ailə həyatına, mənzilinin toxunulmazlığına, yazışmalarının gizliliyinə və ya şərəf və ləyaqətinə qarşı əsassız müdaxilələrə məruz qalmamalıdır."
- Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın (MSHBP) 17-ci maddəsi: "Heç kəs öz şəxsi və ailə həyatına qanunsuz və ya əsassız müdaxilələrə, mənzilinin toxunulmazlığına və ya yazışmalarının gizliliyinə qanunsuz və ya əsassız təcavüzlərə, şərəf və ləyaqətinə qarşı qanunsuz hücumlara məruz qalmamalıdır."
-
Günahsızlıq prezumpsiyasının pozulması
- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin (ÜİHB) 11-ci maddəsi: "Cinayət törətməkdə ittiham olunan hər bir insan, onun günahı qanuni qaydada, açıq məhkəmə araşdırması vasitəsilə və müdafiə üçün bütün imkanlar təmin olunmaqla sübuta yetirilməyənədək günahsız hesab edilmək hüququna malikdir."
- Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin (2) bəndi: «Hər bir şəxs cinayət əməlində ittiham olunduqda, qanunla onun günahı sübuta yetirilməyənədək günahsız sayılmaq hüququna malikdir».
-
Söz azadlığının pozulması
- Maddə 19, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (ÜİHB): “Hər bir insanın öz fikirlərini sərbəst şəkildə ifadə etmək və azad inanca sahib olmaq hüququ vardır; bu hüquq, onun öz inancına maneəsiz sahib olmasını, məlumat və ideyaları sərhəd tanımadan axtarmaq, əldə etmək və yaymaq azadlığını əhatə edir.”
- Maddə 19 (2), Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt (MSHBP): “Hər bir insanın öz fikirlərini azad şəkildə ifadə etmək hüququ vardır; bu hüquq, onun sərhəd tanımadan, istənilən məlumat və ideyanı sözlə, yazılı şəkildə, çap vasitələri və ya bədii ifadələr yolu ilə və ya öz seçiminə uyğun digər üsullarla axtarmaq, əldə etmək və yaymaq azadlığını da əhatə edir.”
-
Reputasiya müdafiə hüququnun pozulması
- Maddə 12, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (ÜİHB): “Heç kəs öz şəxsi və ailə həyatına, yaşayış yerinin toxunulmazlığına, yazışma sirrinə, şərəf və ləyaqətinə özbaşına müdaxiləyə məruz qala bilməz.”
- Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın (MSHBP) 17-ci maddəsi: "Heç kəs öz şəxsi və ailə həyatına qanunsuz və ya əsassız müdaxilələrə, mənzilinin toxunulmazlığına və ya yazışmalarının gizliliyinə qanunsuz və ya əsassız təcavüzlərə, şərəf və ləyaqətinə qarşı qanunsuz hücumlara məruz qalmamalıdır."
-
Ayrı-seçkiliyə yol verilməməsi prinsipi və ayrı-seçkiliyə, düşmənçiliyə və zorakılığa təhrik etmə qadağası
- Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın (MSHBP) 20-ci maddəsinin 2-ci bəndi: "Milli, irqi və ya dini nifrəti təbliğ edən, diskriminasiyaya, düşmənçiliyə və ya zorakılığa təhrik edən hər hansı çıxış qanunla qadağan olunmalıdır."
- Maddə 2, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (ÜİHB) və Maddə 26, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt (MSHBP) ayrı-seçkiliyə yol verilməməsi prinsipini vurğulayır.
-
Soyqırım elementləri
- Article III of the Convention on the Prevention and Punishment of the Crime of Genocide (CPPCG) establishes that not only acts of genocide but also conspiracy to commit genocide, direct and public incitement to commit genocide, attempts to commit genocide, and complicity in genocide are punishable.
-
İnsanlığa qarşı cinayətlər
- Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın III maddəsi soyqırımı törətmək məqsədilə cinayət törətmək üçün sui-qəsd, soyqırıma açıq və ictimai təhrik, soyqırım cəhdi və soyqırımda iştirakın da cəzalandırılmasını nəzərdə tutur.
Yuxarıda təsvir olunan "ALLATRA" Hərəkatı iştirakçılarının üzləşdiyi nüfuzdan salma kampaniyası, daha geniş bir problemin yalnız bir hissəsidir. Biz başa düşürük ki, bu cür hücumlar yalnız Hərəkatımıza olan etimadı sarsıtmağa deyil, həm də insanların azadlıqlarını və hüquqlarını məhdudlaşdırmağa, qlobal miqyasda demokratik dəyərləri zəiflətməyə yönəlib. Bundan əlavə, bu hücumlar bizim dünyanın azad və demokratik ictimaiyyəti ilə bölüşdüyümüz açıq cəmiyyət prinsiplərinə ziddir.
Hər birimizin güclənən dezinformasiya axınlarına qarşı mübarizədə və hüquqlarımızı və azadlıqlarımızı qorumaqda əsas rol oynadığını anlamaq vacibdir.
Əminik ki, azadlıq və demokratiya qorunmalı və dəstəklənməli olan fundamental prinsiplərdir. Bu səhifə "ALLATRA" haqqında həqiqətin eşidilməsi və hər bir insanın öz hüquqlarını müdafiə etməkdə və dünyada demokratik azadlıqları qorumaqda fəal iştirak edə bilməsi üçün müntəzəm olaraq yeni məlumatlar və bilgilərlə yenilənəcək.
2024-cü ilin sentyabr ayının əvvəlində Papa Fransisk və Cakartadakı İstiqlal Məscidinin baş imamı Nasaruddin Umar, dinlərarası dostluq və planetin mühafizəsi üçün birgə fəaliyyətə çağıran "Human Fraternity" adlı birgə bəyanat imzaladılar. Bəyannamədə vurğulanır ki, din münaqişələrin həlli və insan ləyaqətinin qorunması üçün istifadə olunmalıdır, zorakılığın qanuniləşdirilməsi üçün deyil.
“ALLATRA” hərəkatı bu mövqeyi tam dəstəkləyir və bu mövzuda Papa Fransiskin irəli sürdüyü xəbərdarlığı da bölüşür ki, “iqlim dəyişikliyi və qlobal istiləşmə varlığımıza ciddi təhlükə törətdiyi üçün biz ekoloji böhranla üz-üzəyik.”
Albania
Algeria
Andorra
Angola
Anguilla
Antigua and Barbuda
Argentina
Armenia
Aruba
Australia
Austria
Azerbaijan
Bahamas
Bahrain
Bangladesh
Barbados
Belgium
Belize
Benin
Bermuda
Bhutan
Bolivia
Bosnia and Herzegovina
Botswana
Brazil
Brunei
Bulgaria
Burkina Faso
Burundi
Cambodia
Cameroon
Canada
Cape Verde
Central African Republic
Chad
Chile
Colombia
Comoros
Congo
Cook Islands
Costa Rica
Croatia
Cuba
Cyprus
Czech Republic
Denmark
Djibouti
Dominica
Dominican Republic
Ecuador
Egypt
El Salvador
Equatorial Guinea
Eritrea
Estonia
Ethiopia
Faroe Islands
Fiji
Finland
France
French Guiana
French Polynesia
Gabon
Gambia
Georgia
Germany
Ghana
Greece
Greenland
Grenada
Guadeloupe
Guatemala
Guernsey
Guinea
76-Бисау
Guyana
Haiti
Honduras
Hong Kong
Hungary
Iceland
India
Indonesia
Iran
Iraq
Ireland
Isle of Man
Israel
Italy
Jamaica
Japan
Jordan
Kazakhstan
Kenya
Kiribati
North Korea
South Korea
Kyrgyzstan
Laos
Latvia
Lebanon
Lesotho
Liberia
Libya
Liechtenstein
Lithuania
Luxembourg
Macau
Republic of Macedonia
Madagascar
Malawi
Malaysia
Maldives
Malta
Marshall Islands
Martinique
Mauritania
Mauritius
Mayotte
Mexico
Federated States of Micronesia
Moldova
Monaco
Mongolia
Montserrat
Morocco
Mozambique
Namibia
Nauru
Nepal
Netherlands
New Caledonia
New Zealand
Nicaragua
Niger
Nigeria
Niue
Norway
Oman
Pakistan
Palau
Palestinian Territory, Occupied
Panama
Papua New Guinea
Paraguay
Peru
Philippines
Poland
Portugal
Puerto Rico
Qatar
Romania
Rwanda
Saint Kitts and Nevis
Saint Lucia
Saint Vincent and the Grenadines
Samoa
San Marino
Saudi Arabia
Senegal
Serbia
Seychelles
Sierra Leone
Singapore
Slovakia
Slovenia
Solomon Islands
Somalia
South Africa
Spain
Sri Lanka
Sudan
Suriname
Swaziland
Sweden
Switzerland
Syria
Tajikistan
Tanzania, United Republic of
Thailand
Timor-Leste
Togo
Tonga
Trinidad and Tobago
Tunisia
Turkey
Turkmenistan
Tuvalu
Uganda
Ukraine
United Arab Emirates
United Kingdom
United States
Uruguay
Uzbekistan
Vanuatu
Venezuela
Vietnam
Wallis and Futuna
Yemen
Zambia
Zimbabwe