«ALLATRA» Boliviya Katolik Universiteti və Mülki Müdafiə Nazirliyi ilə elmi əməkdaşlıq əlaqələri qurmuşdur.

18 March 2025
«ALLATRA» Boliviya Katolik Universiteti və Mülki Müdafiə Nazirliyi ilə elmi əməkdaşlıq əlaqələri qurmuşdur.

İqlim İdarəçiliyi Forumu və Qadın Liderliyi tədbiri, La-Pas, Boliviya Katolik Universiteti 

LA-PAS, BOLİVİYA — Boliviya Katolik Universitetində (UCB) keçirilən İqlim İdarəçiliyi üzrə İnnovativ Forum və Qadın Liderliyi tədbiri təbii fəlakətlərlə bağlı ən mühüm problemlərin müzakirəsi məqsədilə görkəmli alimləri, hökumət rəsmilərini və sənaye liderlərini bir araya gətirmişdir. «ALLATRA» Beynəlxalq İctimai Hərəkatının prezidenti Maryna Ovtsinova və «Yaradıcı Cəmiyyət» prezidenti Olqa Şmidt bu mühüm tədbirdə məruzələrlə çıxış etmək üçün dəvət olunmuşlar. 

Bu tədbir «Yaradıcı Cəmiyyət» layihəsinin Boliviyadakı Milli Əlaqələndirmə Mərkəzinin təşkilatçılığı ilə təşkil olunmuş və yüksək səviyyəli liderlik və təşkilatçılıq bacarıqlarını nümayiş etdirmişlər. 

Boliviya Katolik Universitetinin rektoru Dr. Ximena Peres Arenas, Boliviya Katolik Universitetinin Ekoloji mühəndislik departamentinin direktoru Dr. Omar Salinas, Boliviyanın Amerika Ticarət Palatasının (AMCHAM) təsisçisi Klaribel Aparisio və «ALLATRA» Beynəlxalq İctimai Hərəkatının prezidenti Maryna Ovtsinova Boliviya Katolik Universitetində. 

Forum Milli Rektorluğu və La-Pas kampusu vasitəsilə Boliviya Katolik Universiteti, həmçinin "Bago Bolivia", KSM (Korporativ Sosial Məsuliyyət) və davamlı inkişaf məsələləri üzrə aparıcı ixtisaslaşmış media kimi INFORSE, "Ətraf Mühitə Dəstək Proqramı ESP®", "She Knows Space", "Green Hearts" layihəsi, "Deutsche Gesellschaft für Internationale Zusammenarbeit", "Sajama Summit S.A." və "Boliviyada Dağ-mədən Sənayesində Qadınlar" təşkilatı da daxil olmaqla, əsas təşkilatlardan əhəmiyyətli dəstək alıb.

 Forumda görkəmli məruzəçilər, o cümlədən PhD, biznesin idarə olunması magistri, «ALLATRA» BİH-in Yer kürəsinin öyrənilməsi üzrə analitik şöbəsinin mütəxəssisi doktor Con An; PhD, yeni texnologiyalar sahəsində ekspert, Oksford və Münhen Texniki Universitetində tədqiqat təcrübəsinə malik, «ALLATRA» BİH-in Yer kürəsinin öyrənilməsi üzrə analitik şöbəsinin mütəxəssisi doktor Anastasiya Paşiqreva, həmçinin psixoloq və Tarixada «Yaradıcı Cəmiyyət»in koordinatoru Mariela Baldivieso çıxış ediblər.

İqlim İdarəçiliyi Forumu və Qadın Liderliyi tədbiri, La-Pas, Boliviya Katolik Universiteti 

Tədbir zamanı «ALLATRA» hərəkatının Yer kürəsinin tədqiqi üzrə analitik şöbəsinin nümayəndələri ətraf mühitin pisləşməsi ilə ictimai sağlamlıq problemləri arasındakı qarşılıqlı əlaqələri araşdıran elmi-tədqiqat materiallarını təqdim etmişlər. Keçirilən təqdimatda autizm xəstəliyinə tutulma hallarının artması və insan organizmində mikro və nanoplastiklərin miqdarının çoxalması kimi mühüm məsələlər xüsusi ön plana çəkilmişdir. 

Tədbirdə çoxsaylı hörmətli iştirakçılar, o cümlədən:

  • Boliviya Katolik Universitetinin Ekoloji mühəndislik departamentinin direktoru Dr. Omar Salinas;
  • Boliviyanın Amerika Ticarət Palatasının təsisçisi Klaribel Aparisio;
  • Salvadorun səfiri Ana Rivas;
  • La-Pas departamenti Qanunverici Məclisinin deputatı Andrea Eçeverriya Averanqa;
  • «Bago Bolivia» şirkətinin Korporativ Sosial Məsuliyyət (KSM) şöbəsinin rəhbəri Linda Ramires;
  • tanınmış jurnalist Ximena Qalarsa;
  • «She Knows Space» platformasının həmtəsisçisi İzabel Aranibar;
  • Boliviyanın Amerika Ticarət Palatasının baş direktoru Alexandra Aqirre;
  • GIZ-in «Pro-Transition» layihəsinin əlaqələndiricisi Veronika Varqas;
  • «Sajama Summit S.A.» şirkətinin icraçı direktoru Ana Mariya Aranibar;
  • habelə Ətraf Mühit Nazirliyinin, GIZ-in (Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin) nümayəndələri və digər nümayəndələr.

«Bago Bolivia» şirkətinin Korporativ Sosial Məsuliyyət (KSM) şöbəsinin rəhbəri Linda Ramires; «Yaradıcı Cəmiyyət» layihəsinin Boliviya üzrə əlaqələndiricisi Xose Rios və layihənin La-Pas şəhəri üzrə əlaqələndiricisi, ekoloji mühəndis və korporativ sosial məsuliyyət üzrə mütəxəssis Qresiya Paola Molina; «ALLATRA» Beynəlxalq İctimai Hərəkatının prezidenti Maryna Ovtsinova, habelə İqlim İdarəçiliyi Forumunun və Qadın Liderliyi tədbirinin digər iştirakçıları. La-Pas, Boliviya Katolik Universiteti. 

Forumun mühüm nəticələrindən biri Boliviya Katolik Universiteti, «ALLATRA» Beynəlxalq İctimai Hərəkatı və «Yaradıcı Cəmiyyət» layihəsi arasında alyansın yaradılması olmuşdur. Əməkdaşlıq «ALLATRA» alimləri tərəfindən aparılan və universitetin də müvafiq çərçivədə elmi tədqiqatlar həyata keçirdiyi mikroplastiklərin araşdırılması da daxil olmaqla, bir sıra təşəbbüsləri əhatə edir.

«ALLATRA» tədbirin yüksək səviyyədə təşkilinə və işə göstərilən müstəsna sadiqliyə görə Xose Riosun rəhbərlik etdiyi komandaya, habelə ekoloji mühəndis və korporativ sosial məsuliyyət üzrə mütəxəssis Qresiya Paola Molinanın rəhbərlik etdiyi La-Pas Əlaqələndirmə Mərkəzinə öz dərin minnətdarlığını bildirir.

Əsas konfransdan sonra bir sıra mühüm görüşlər baş tutmuşdur. Boliviyanın mülki müdafiə nazirinin müavini Dr. Xuan Karlos Kalvimontes «ALLATRA» Beynəlxalq İctimai Hərəkatının prezidenti Maryna Ovtsinova və «Yaradıcı Cəmiyyət» layihəsinin Boliviya üzrə əlaqələndiricisi Xose Rios ilə görüş keçirmişdir. Sözügedən görüşdə xanım Ovtsinova qlobal miqyasda təbii fəlakətlərin sayının eksponensial artımını nümayiş etdirən kompleks geodinamik modeli təqdim etmişdir. Tədqiqatda xüsusi diqqət zəlzələlərin sayının və intensivliyinin artmasına dair davamlı tendensiyanın müşahidə olunduğu Boliviyadakı seysmik aktivliyə yönəldilmişdir. Təqdim olunan geodinamik model müxtəlif təbii hadisələr arasındakı qarşılıqlı əlaqəni və onların artan dinamikasını əyani şəkildə nümayiş etdirir.

Boliviyanın mülki müdafiə nazirinin müavini Dr. Xuan Karlos Kalvimontes və «ALLATRA» Beynəlxalq İctimai Hərəkatının prezidenti Maryna Ovtsinova Boliviyanın Mülki Müdafiə Nazirliyində.

Görüşün nəticəsi olaraq qarşılıqlı faydalı əməkdaşlıq qurulmuşdur. Sözügedən əməkdaşlıq məlumat və elmi biliklərin yayılmasına, habelə təbii fəlakətlər, onların səbəbləri və fəsadları, o cümlədən risklərin idarə edilməsi məsələləri üzrə nazirliyə elmi-məsləhət dəstəyinin göstərilməsinə yönəlmişdir.

Hərtərəfli elmi araşdırmaları və beynəlxalq fəaliyyəti sayəsində «ALLATRA» bütün dünya üzrə akademik institutlar və dövlət qurumları ilə həyati əhəmiyyət kəsb edən elmi əməkdaşlığını inkişaf etdirməkdə davam edir. Boliviya qurumları ilə keçirilmiş bu görüşlər zamanı qurulan əməkdaşlıq «ALLATRA»-nın bütün dünyada cəmiyyətlərin təhlükəsizliyinə və rifahına töhfə verməklə, təbii fəlakətlərlə bağlı problemlərin həlli üçün kritik əhəmiyyətli elmi məlumatların və ekspert biliklərinin təqdim olunmasına dair dəyişməz missiyasını özündə əks etdirir.


"ALLATRA" Beynəlxalq İctimai Hərəkatı haqqında

«ALLATRA» — təbii fəlakətlərin kompleks tədqiqi ilə məşğul olan və beynəlxalq elmi əməkdaşlığı təşviq edən müstəqil, qeyri-kommersiya təşkilatıdır. 


KİV üçün əlaqə ünvanı: [email protected]