Con An özünün “TEDx Talk” çıxışında mikro və nanoplastiklərin törətdiyi qlobal böhran barədə bəhs etdi.

4 June 2026

“Gözlə görünməyəcək qədər kiçik, gözardı edilməyəcək qədər təhlükəli: mikro və nanoplastiklər”

SENT-LUİS, ABŞ – 30 may 2026-cı il — Elmlər doktoru, biznesin idarə edilməsi üzrə magistr (MBA), aparıcı elmi işçi və “ALLATRA” Qlobal Tədqiqat Mərkəzinin rəhbəri Con An Sent-Luisdə keçirilən “TEDx” tədbirində “Gözlə görünməyəcək qədər kiçik, gözardı edilməyəcək qədər təhlükəli: mikro və nanoplastiklər” mövzusunda məruzə ilə çıxış etmişdir. Missuri Ştatı Tarix Muzeyində geniş auditoriya qarşısında çıxış edən doktor An cəmiyyətin ən aktual problemlərinin həllinə yönəlmiş ideyalar irəli sürən tanınmış spikerlər sırasına qoşulmuşdur. Öz məruzəsində o, mikro və nanoplastiklərlə bağlı insan sağlamlığı və ətraf mühit üçün artan risklərin tənqidi təhlilini təqdim etmiş, habelə yeni elmi məlumatlar, gələcək tədqiqatların potensial istiqamətləri və müvafiq strategiyaların işlənib hazırlanması barədə danışmışdır. 

Tədbir ərəfəsində doktor An “FOX 2” kanalının “StudioSTL” proqramının efirində çıxış edərək “TEDxStLouis” platformasındakı gözlənilən məruzəsi barədə məlumat vermiş və mikro və nanoplastiklərin tədqiqatlarının qlobal əhəmiyyətini vurğulamışdır. Bu telesüjet geniş yerli auditoriyanı sözügedən mövzu ilə tanış etmiş, həmçinin cənab Anın “TEDx” tədbirindəki təqdimatına və elm, ictimai səhiyyə ilə ekoloji məsuliyyət ətrafında daha genişmiqyaslı müzakirələrə bir növ anons rolunu oynamışdır.

Doktor An mikro və nanoplastikləri ətraf mühitə daxil olduqdan sonra yox olmayan, hər yerə nüfuz edən gözəgörünməz çirklənmə forması kimi xarakterizə etmişdir. O izah etmişdir ki, plastik qablar, şinlər, geyim və qablaşdırma materialları kimi adi plastik məhsullar tədricən getdikcə daha kiçik hissəciklərə parçalanır; üstəlik, cəmi bir qram plastik kvadrilyonlarla hissəciyə fraqmentasiya oluna bilər. Ətraf mühitə düşən bu hissəciklər orada uzun müddət qorunub qala, havada və suda sirkulyasiya edə, həmçinin ekosistemlərdə və canlı orqanizmlərdə toplana bilər. 

“Mikro və nanoplastiklər hər yerdədir və orqanizmə daxil olduqdan sonra oradan sadəcə ötüb keçmir. O, toplanır”, — deyə cənab An qeyd etmişdir. 

O, mikro və nanoplastiklərə, eləcə də onların müxtəlif bioloji sistemlərə potensial təsirlərinə dair son tədqiqatları təhlil etmiş və vurğulamışdır ki, elmi araşdırmaların irəliləməsinə baxmayaraq, bu mövzu ilə bağlı narahatlıq getdikcə artmaqdadır. Doktor An mikro və nanoplastiklərin bir çox sağlamlıq problemlərinə, o cümlədən neyrodegenerativ xəstəliklərə, ürək-damar sistemindəki fəsadlara, reproduktiv sağlamlıq problemlərinə və hüceyrə fəaliyyətinin ciddi şəkildə pozulmasına yol aça biləcəyinə dair ən son elmi məlumatları diqqətə çatdırmışdır.

Məruzənin aparıcı mövzularından biri elektrostatik yükün bioloji və ekoloji sistemlərdə mikro və nanoplastiklərin davranışındakı rolu olmuşdur. Cənab An yüklü hissəciklərin bioloji baryerləri necə aşa bildiyini və biomolekullarla, həmçinin hüceyrə komponentləri ilə qarşılıqlı təsirə girərək, onların orqanizmdə potensial olaraq uzun müddət qorunub saxlanmasına və toplanmasına (akkumulyasiyasına) necə şərait yaratdığını izah etmişdir.

“Bu sahədə elm hələ də inkişaf etməkdədir, lakin plastikin bir fiziki xüsusiyyəti artıq digərləri arasında xüsusilə fərqlənir: bu, elektrostatik yükdür. Ola bilsin ki, plastik hissəciklərin davranışını izah edə biləcək həmin «super güc» məhz budur”, — deyə doktor An qeyd etmişdir.  

Məruzənin əsas mesajı ondan ibarət olmuşdur ki, plastik istifadəsinin azaldılması, tullantıların təkrar emalının genişləndirilməsi və ətraf mühitin təmizlənməsi tədbirləri kimi ənənəvi həll yolları hələ də öz vacibliyini qoruyub saxlayır, lakin bioloji və ekoloji sistemlərə artıq dərindən nüfuz edən mikro və nanoplastikləri tam şəkildə nəzərə almır.

Doktor An hazırda trilyonlarla hissəciyin havadan, okeanlardan və insan orqanizmindən fiziki olaraq kənarlaşdırılmasının mümkün olmadığını etiraf etmişdir. O, mikro və nanoplastik probleminin həlli üçün potensial çıxış yollarının işlənib hazırlanmasında tamamilə fərqli bir yanaşmanın tələb oluna biləcəyini irəli sürmüşdür.

O dedi :“Yəqin ki, biz yanlış sual veririk, Ola bilsin ki, əsas məsələ çox kiçik plastik hissəciklərini necə kənarlaşdırmaqda deyil, onları necə daha az təhlükəli etməkdədir”.

Yekunda o, mikro və nanoplastiklər probleminin daha dərindən öyrənilməsinə və onun həlli yollarının axtarılmasına yönəlmiş artan marağı qeyd etmişdir. Bu tendensiyanın təzahürlərindən biri, 2026-cı ilin aprelində Amerika Birləşmiş Ştatlarının Səhiyyə və Sosial Xidmətlər Nazirliyi və ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin birgə bəyanatında mikro və nanoplastikləri rəsmi olaraq ictimai səhiyyə problemi kimi tanıması olmuşdur. Qurumlar mikroplastiklərin bioloji təsirlərinin dərindən öyrənilməsinə və potensial həll yollarının işlənib hazırlanmasına yönəlmiş, Səhiyyə Sahəsində Qabaqcıl Tədqiqat Layihələri Agentliyinin (ARPA-H) 144 milyon dollar büdcəyə malik beş illik proqramı olan STOMP-u başlatmışlar. Bu federal təşəbbüs mikro və nanoplastiklərin insan sağlamlığına və ətraf mühitə potensial təsirlərinin getdikcə daha çox dərk edilməsini əks etdirir.


Dəvət olunmuş digər spikerlər

Erika Barnell, tibb doktoru, fəlsəfə doktoru, “Geneoscopy” şirkətinin həmtəsisçisi və tibbi və elmi məsələlər üzrə direktoru, onkoloji xəstəliklərin erkən diaqnostikası barədə danışmışdır. Özünün “Sizinlə xərçəng arasında dörd söz” adlı məruzəsində o, sağlamlıq barədə çətin söhbətləri təmkinlə apara bilmək bacarığının erkən diaqnostika və profilaktika sayəsində həyatları necə xilas edə biləcəyini işıqlandırmışdır.

Elison Hakenpaler, tibb doktoru, fəlsəfə doktoru, psixiatr və neyrobioloq, “Yuxunun tənzimlənməsi vasitəsilə psixiatrik problemlərin yeni müalicə metodu” adlı məruzə təqdim etmiş və yuxunun davamlılığı, dərinliyi və sabitliyindəki məqsədyönlü dəyişikliklərin depressiyanın müalicəsində necə kömək edə biləcəyindən danışmışdır.

Stiven Happ, fəlsəfə doktoru, Skeptik Tədqiqatlar Komitəsinin icraçı direktoru və “Skeptical Inquirer” jurnalının redaktoru, “Qeyri-adi müəmmaların araşdırılması təfəkkürü təkmilləşdirə bilər” mövzusunda məruzə ilə çıxış etmiş və qeyri-adi iddiaların ciddi skeptisizm prizmasından təhlil edilməsinin tənqidi təfəkkür bacarıqlarını necə gücləndirə biləcəyini nümayiş etdirmişdir.

Pyer Pol, əlillik tədqiqatları sahəsində doktorant, “We Hear You” təşkilatının təsisçisi və baş direktoru, “Əlçatımlılığın təmin edilməsi üçün inklüziv dizayn” adlı məruzə təqdim etmiş və fiziki məhdudiyyətli şəxslər üçün effektiv həll yollarının dizaynerlər ilə bu təcrübəni şəxsən yaşamış insanlar arasında əməkdaşlıq tələb etdiyini, daha keyfiyyətli dizaynın isə hamıya fayda gətirdiyini vurğulamışdır.

Tədbir çərçivəsində, həmçinin natiqlik sənəti üzrə mükafatlar laureatı Kristen Harrisin (KMoney) və “Collective Motion” xoreoqrafiya ansamblının canlı çıxışları baş tutmuşdur.


TED və TEDxStLouis haqqında

TED — tanınmağa layiq ideyaları yaymağa həsr olunmuş qeyri-kommersiya təşkilatıdır. Kaliforniyada keçirilən konfransla yarandığı gündən bəri, TED bir sıra qlobal təşəbbüslər, o cümlədən bütün dünyada müstəqil şəkildə təşkil edilən TED tipli tədbirləri dəstəkləyən proqram olan TEDx vasitəsilə əhatə dairəsini genişləndirdi.

TEDxStLouis — yayılmağa layiq olan ideyalara əsaslanan müstəqil yerli tədbirlər proqramıdır. TEDx tədbirlərinə «TED Talks» video seriyaları və spikerlərin çıxışları daxildir; bu tədbirlər müzakirələrin təşviq edilməsinə, yeni ideyalara ilham verilməsinə və icmalar daxilində əlaqələrin qurulmasına yönəlmişdir.


«ALLATRA» Qlobal Tədqiqat Mərkəzi haqqında

«ALLATRA» Qlobal Tədqiqat Mərkəzi — bəşəriyyətin qarşısında duran aktual ekoloji və tibbi problemlərin öyrənilməsi ilə məşğul olan müstəqil elmi-tədqiqat təşkilatıdır. Dərin təhlil və fənlərarası əməkdaşlıq sayəsində «ALLATRA» cəmiyyətin məlumatlılıq səviyyəsinin artırılması, dövlət siyasəti məsələlərinin müzakirəsi və mikro və nanoplastiklərlə çirklənmə, iqlim dəyişikliyi ilə geodinamik təhdidlər də daxil olmaqla, qlobal problemlərin həllində elmi əməkdaşlığın qurulması üçün hərtərəfli məruzələr və sənədli filmlər hazırlayır.


Tədbir Associated Press, The National Law Review, FOX 2, CBS 10, ABC 12, CBS 42, NBC 33, CBS 13, FOX 4, DC NEWS NOW və digər kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmışdır.

KİV üçün əlaqə ünvanı: [email protected]