«ALLATRA»-nın prezidenti iqlim dəyişikliyi problemini Roma Papası Fransisklə müzakirə edib.
Papa Fransisk və «ALLATRA»-nın prezidenti Marina Ovsınova. Foto: Vatican Media
Roma Papası «ALLATRA»-nın prezidentini Vatikandakı audiensiyada qəbul edib.
VATİKAN --- Papa Fransisk Vatikandakı Apostol sarayında keçirilən xüsusi audiensiyada dünyanın müxtəlif ölkələrindən və elm sahələrindən olan alim və ekspertləri qəbul edib. Dəvət olunmuş qonaqlar “Generativ süni intellekt və texnokratik paradiqma: bəşəriyyətin rifahına, təbiətə qayğıya və bütün Yer üzündə sülhə necə dəstək olmalı” adlı beynəlxalq konfransın iştirakçıları idilər. Konfrans Müqəddəs Taxt-Tac Dövlət Katibliyi nəzdində fəaliyyət göstərən və hörmətli Sədr xanım, doktor Anna Mariya Tarantolanın rəhbərlik etdiyi Centesimus Annus Pro Pontifice (CAPP) fondu tərəfindən təşkil edilmişdir.

Papa Fransisk konfrans iştirakçıları ilə. Foto: Vatican Media

Papa Fransisk CAPP-ın sədri, doktor Anna Mariya Tarantola ilə. Foto: Vatican Media

Papa Fransisk konfrans iştirakçıları ilə. Foto: Vatican Media
Dəvət olunmuş qonaqlar arasında ABŞ-ın milli təhlükəsizlik üzrə eksperti, «ALLATRA» Beynəlxalq ictimai hərəkatının Vaşinqtondakı hökumət məsələləri üzrə müşaviri, CAPP Fondunun üzvü Eqon Çolakyan, həmçinin «ALLATRA» Beynəlxalq ictimai hərəkatının prezidenti Marina Ovsınova da var idi.

Papa Fransisk ABŞ-ın milli təhlükəsizlik üzrə eksperti, «ALLATRA» Beynəlxalq ictimai hərəkatının Vaşinqtondakı hökumət məsələləri üzrə müşaviri, CAPP Fondunun üzvü Eqon Çolakyanla. Foto: Vatican Media
Vatikandakı audiensiya zamanı «ALLATRA»-nın prezidenti Papa Fransiskə “İqlim kataklizmlərinin artımı və nəticələri haqqında” iqlim hesabatını təqdim edib. Şəxsi söhbət zamanı o, iqlim dəyişikliyi məsələsini qlobal bir problem kimi qaldıraraq, bu problemin bəşəriyyət üçün ən kəskin çağırışlardan biri olduğunu vurğulayıb.

Papa Fransisk və «ALLATRA»-nın prezidenti Marina Ovsınova. Foto: Vatican Media
Söhbət zamanı Papa Fransisk diqqətlə dinlədi və məmnuniyyətlə «ALLATRA» Beynəlxalq ictimai hərəkatına öz xeyir-duasını verdi. Tədbirdən sonra «ALLATRA»-nın prezidenti Marina Ovsınova da «ALLATRA» təşkilatı üçün bu əlamətdar gündə Müqəddəs Taxt-Tac və Papa Fransiskdən şəxsən xeyir-dua aldı.

Papa Fransisk və «ALLATRA»-nın prezidenti Marina Ovsınova. Foto: Vatican Media

Papa Fransisk və «ALLATRA»-nın prezidenti Marina Ovsınova. Foto: Vatican Media

Papa Fransisk və «ALLATRA»-nın prezidenti Marina Ovsınova. Foto: Vatican Media
Beynəlxalq konfransda həmçinin sivilizasiyanın gələcəyini formalaşdıracaq texnoloji innovasiyalar müzakirə olundu.
Roma Papası Fransisk 22 iyun 2024-cü ildə keçirilən xüsusi audiensiya zamanı bunları bildirib: "İqtisadiyyatın, sivilizasiyanın və bəşəriyyətin özünün gələcəyi məhz texnoloji innovasiyalar cəbhəsində həll olunacaq. İnnovasiyaların mərkəzində insan ləyaqətinin dayanması üçün ağılla, ürəklə və əllərlə yeni cür düşünmək və fəaliyyət göstərmək fürsətini əldən vermək olmaz", — deyə Vatican News sitat gətirir.

Papa Fransisk konfrans iştirakçıları ilə. Foto: Vatican Media
Tədbir zamanı «ALLATRA»-nın prezidenti konfransın təşkilatçıları ilə həmçinin müasir dövrün qlobal təhdidlərini, azadlığa və demokratiyaya olan təhlükələri müzakirə etdi. Söhbət əsnasında Marina Ovsınova demokratiya indeksi aşağı olan bəzi ölkələrdə «ALLATRA» Beynəlxalq ictimai hərəkatının iştirakçılarına qarşı qeyri-qanuni təqiblərlə bağlı aparılan araşdırmanın gedişatından söz açdı. Xüsusilə də, onların Rusiya antikult təşkilatı tərəfindən başladılan qarayaxma kampaniyasına necə məruz qaldıqlarını qeyd etdi. Bundan əlavə, o bildirdi ki, bu, təkcə Rusiyada deyil, həm də Ukrayna ərazisində baş verirdi ki, bu da Rusiya antikult təşkilatının Ukraynaya əhəmiyyətli dərəcədə təsir göstərdiyinə işarə edir.
Söhbət zamanı Marina Ovsınova həmçinin, demokratik normalara zidd olaraq mövcud olan antikult təşkilatların inanca və xristianlığın müdafiə etdiyi dəyərlərə — etiqad azadlığına və vicdan azadlığına kölgə salması məsələsini də qaldırdı.
22 iyun 2024-cü ildə keçirilən xüsusi audiensiya zamanı Marina Ovsınova məsuliyyətli və qətiyyətli bir rəhbər kimi Roma-Katolik kilsəsinin sosiallaşmasına və onun müasir dünyəvi cəmiyyətdəki rolunun güclənməsinə verdiyi mühüm töhfəyə, eləcə də «ALLATRA» üçün bu xüsusi məqamda göstərdiyi xeyirxahlığa, mehribanlığa və dəstəyə görə Roma Papası Fransiskə dərin minnətdarlığını bildirdi.
Bütün Katolik kilsəsinin Rəhbəri ilə söhbətdən sonra Marina Ovsınova və Eqon Çolakyan həmçinin Apostol sarayındakı xüsusi audiensiyanın digər iştirakçıları ilə bir sıra qeyri-rəsmi görüşlər, eləcə də Vatikan nümayəndələri ilə yaxın gələcəyin son dərəcə vacib məsələlərinin müzakirə olunduğu görüşlər keçirdilər.
AP News, US National Times,The World Newswire, Time, Chicago Tribune, NY Daily News -də dərc olunub.
Media ilə əlaqə məsələləri üzrə bizə bu ünvana yazın: [email protected]