Nanoplastik: gizli əlaqələr və artan risklər | Avropa Parlamenti, Brüssel
Avropa Parlamentinin Brüsseldə keçirilən konfransının yazısı
24 fevral 2026-cı il tarixində Brüsseldə (Belçika) "Nanoplastik: gizli əlaqələr və artan risklər" adlı beynəlxalq ekspert konfransı keçirilmişdir. Konfrans ətraf mühitə, insan sağlamlığına və qlobal təbii proseslərə getdikcə daha çox təsir edən görünməz çirklənməyə — mikro və nanoplastik probleminə həsr olunmuşdur
Tədbir Avropa Parlamentinin deputatı Ondrjey Knotekin dəstəyi və "ALLATRA" Qlobal Tədqiqat Mərkəzi ilə sıx əməkdaşlıq çərçivəsində baş tutmuşdur. Konfrans mövcud risklər və onların mümkün həll yolları barədə konstruktiv dialoqa başlamaq məqsədilə aparıcı alimləri, ekspertləri və siyasi dairələrin nümayəndələrini bir araya gətirmişdir.
Konfransın giriş hissəsində bu gün havaya, suya, qida zəncirlərinə və insan orqanizminə nüfuz edən mikro və nanoplastik amili nəzərə alınmaqla, ekoloji və iqlim məsələlərinin müzakirəsinin genişləndirilməsinin zəruriliyi vurğulandı. Elm birliyi, siyasətçilər və cəmiyyət arasında sistemli yanaşmaya, fənlərarası əməkdaşlığa və açıq dialoqa çağırış edildi. Bu problem təkcə ekoloji deyil, həm də tibbi, sosial və etik bir problem kimi təqdim olundu.
Birinci ekspert bloku yeni qlobal amil kimi mikro və nanoplastikin təbiətinə həsr olunmuşdu. Müzakirə zamanı qeyd olundu ki, bu hissəciklər biosferdə dövr etmək və canlı orqanizmlərə nüfuz etmək qabiliyyətinə malikdir. Onların qanda, orqanlarda və hətta reproduktiv toxumalarda mövcudluğunu nümayiş etdirən tədqiqatların nəticələri təqdim edildi. Beləliklə, mikro və nanoplastikə yalnız tullantıların idarə olunması problemi kimi baxıla bilməz — bu, daha çox potensial sistemli nəticələri olan mürəkkəb fiziki-kimyəvi bir fenomendir (hadisədir).
İkinci blok nanoplastikin bioloji təsir mexanizmlərinə həsr olunmuşdu. Onun hüceyrələrə nüfuz etmək, hüceyrə strukturları ilə qarşılıqlı əlaqədə olmaq və enerji proseslərinə təsir göstərmək qabiliyyətinə dair məlumatlar təqdim edildi. Müzakirə zamanı həmçinin reproduktiv sağlamlıq məsələlərinə və plastik hissəciklərin uzunmüddətli təsirinin mümkün nəticələrinə də toxunuldu. Sağlamlıq üçün risklərin qiymətləndirilməsi məqsədilə gələcək tədqiqatların aparılmasının, vahid metodologiyaların və standartlaşdırılmış protokolların hazırlanmasının zəruriliyi vurğulandı
Üçüncü blok müzakirəni planetar səviyyəyə qədər genişləndirdi. Mikro və nanoplastik su dövranına, buludların yaranmasına, okean və atmosfer arasındakı qaz mübadiləsinə, həmçinin okeanlarda istilik daşınmasına təsir göstərə bilən bir amil kimi təqdim olundu. Müzakirə zamanı ekstremal hava hadisələri və təbii proseslərin pozulması ilə mümkün əlaqələr qeyd edildi. Bu fenomenlərin başa düşülməsi və həlli üçün vaxtın məhdud olduğu da vurğulandı.
Yekun blok gələcəyə dair konkret addımlara həsr olunmuşdu. Xırda hissəciklərin monitorinqi üzrə vahid Avropa standartlarının hazırlanmasının, tədqiqat metodologiyalarının harmonizasiyasının (uyğunlaşdırılmasının) və təbabət, ekologiya elmləri ilə Yer haqqında elmlər arasında fənlərarası əməkdaşlığın gücləndirilməsinin zəruriliyi vurğulandı. Müzakirə zamanı həmçinin bu mövzunun Avropa İttifaqının siyasi və normativ mexanizmlərinə inteqrasiyası məsələləri, eləcə də cəmiyyətin fəal iştirakının vacibliyi nəzərdən keçirildi.
KONFRANSIN SPİKERLƏRİ:
Ondrjey Knotek
Pastor Mark Börns
Professor Antonio Raquza
Maryna Ovtsınova
Dr. Con An
Anna Kotlyar
Yan Kara
Aleksandr Masnıy
Konfransın yazısına baxın və dövrümüzün ən mühüm ekoloji və tibbi çağırışlarından birinin peşəkar müzakirəsinə qoşulun.