«ALLATRA» prezidenti Papa Fransiskə apostol xeyir-duasına və birliyə dəstəyinə görə minnətdarlığını bildirdi.
«ALLATRA» prezidenti Marina Ovsınova Papa Fransiskə «ALLATRA» könüllülərinə verilən Apostol xeyir-duasına görə dərin təşəkkürünü bildirib.
«"ALLATRA" Beynəlxalq ictimai hərəkatın bütün könüllüləri adından, Onun Müqəddəsliyi Papa Fransiskə göstərdiyi diqqətə, dəstəyə və Apostol xeyir-duasına görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu xeyir-dua bizi insanlıq naminə fəaliyyətimizi davam etdirməyə, xeyirxahlıq, insanlıq və qarşılıqlı kömək ideallarını gücləndirməyə ilhamlandırır. İnsani dəyərləri və planetimizi — bizim ümumi evimizi qorumaq üçün birgə missiyamızda güc verən dua dəstəyinin əhəmiyyətini yüksək qiymətləndirmək mümkün deyil», — deyə «ALLATRA» prezidenti Marina Ovsınova qeyd edib.
Papa Fransiskdən «ALLATRA» Beynəlxalq İctimai Hərəkatına Apostol Xeyir-duası.
İtalyancadan tərcümə:
N. 646.853
Hörmətli xanım,
Onun Müqəddəsliyi Sizin 22 iyun tarixində Centesimus Annus Pro Pontifice Fondu tərəfindən təşkil olunan konfrans çərçivəsində keçirilmiş qəbul üçün minnətdarlıq ifadə etdiyiniz və rəhbərlik etdiyiniz Beynəlxalq İctimai Hərəkatın fəaliyyəti barədə məlumat verdiyiniz son məktubunuzu təşəkkürlə qəbul etmişdir. Bununla əlaqədar xüsusi bir müraciət də formalaşdırılmışdır.
Ali Pontifik Sizin səmimi müraciətinizə görə təşəkkürünü bildirir və insanın və ətraf mühitin qorunması istiqamətində göstərdiyiniz səyləri davam etdirməyə çağırır, təşkilatınızın bizim ümumi evimiz naminə öz missiyasını uğurla yerinə yetirməyə davam etməsini arzulayır. Papa Fransisk, hər gün insanlıq idealları və dəyərlərinin qorunması naminə çalışanları öz dualarında xatırladığını bildirir və Sizi, həmçinin «ALLATRA»nın bütün üzvlərini və könüllülərini Məryəm Ananın himayəsinə həvalə edərək, böyük məmnuniyyətlə öz Apostol Xeyir-duasını göndərir.
Fürsətdən istifadə edərək, Sizə ən xoş arzularımı çatdırıram.
Monsinor Roberto Kampizi
Assessor
Onun Müqəddəsliyinin Apostol Xeyir-duası ilə bağlı Müqəddəs Taxt tərəfindən «ALLATRA» prezidenti Marina Ovsınovaya ünvanlanmış rəsmi müraciətdə deyilir:
Hörmətli xanım,
Onun Müqəddəsliyi Sizin 22 iyun tarixində Centesimus Annus Pro Pontifice Fondu tərəfindən təşkil olunan konfrans çərçivəsində keçirilmiş qəbul üçün minnətdarlıq ifadə etdiyiniz və rəhbərlik etdiyiniz Beynəlxalq İctimai Hərəkatın fəaliyyəti barədə məlumat verdiyiniz son məktubunuzu təşəkkürlə qəbul etmişdir. Bununla əlaqədar xüsusi bir müraciət də formalaşdırılmışdır.
Ali Pontifik Sizin səmimi müraciətinizə görə təşəkkürünü bildirir və insanın və ətraf mühitin qorunması istiqamətində göstərdiyiniz səyləri davam etdirməyə çağırır, təşkilatınızın bizim ümumi evimiz naminə öz missiyasını uğurla yerinə yetirməyə davam etməsini arzulayır. Papa Fransisk, hər gün insanlıq idealları və dəyərlərinin qorunması naminə çalışanları öz dualarında xatırladığını bildirir və Sizi, həmçinin «ALLATRA»nın bütün üzvlərini və könüllülərini Məryəm Ananın himayəsinə həvalə edərək, böyük məmnuniyyətlə öz Apostol Xeyir-duasını göndərir.
30 noyabrda Papa Fransisk «Bütün Dinlərin Konfransı» iştirakçıları qarşısında dünyada dinlərarası dialoqun əhəmiyyəti barədə nitqi ilə çıxış etdi. Tədbir Sree Narayana Dharma Sanghom Trust fondu tərəfindən təşkil edilmişdi. Simpoziumun əsas mövzusu: «Daha yaxşı gələcək naminə dinlər birlikdə».
Papa Fransisk qeyd edib ki, 2019-cu ildə Əbu-Dabidə imzalanmış İnsan Qardaşlığı haqqında Bəyannamədə deyilir ki, Tanrı bütün insanları bərabər yaratmış və sülh, qardaşlıq içində yaşamağa çağırmışdır. O vurğulayıb ki, hər bir din sevgini, qarşılıqlı hörməti və ümumi evimizə qayğını öyrədir, fərqlilikləri qardaşlıq və inklüzivlik ruhunda dəyərləndirməyə ilham verir. Papa bildirib ki, bir çox problemlərin səbəbi insanların öz dinlərinin müdrik təlimlərini unutmasındadır. O, müxtəlif dinlərin nümayəndələrini müxtəliflikdə harmoniyanı birgə şəkildə möhkəmləndirməyə və sülh yaradanlar olmağa çağırıb:
«Bu yolla biz təssüfki yayılan fərdilik mədəniyyətini, yadlaşma, laqeydlik və zorakılığı məğlub etməyə kömək edə bilərik. Ortaq olan ümumi mənəvi həqiqətlər və dəyərlər əsasında öz dini inanclarımıza və əqidələrimizə möhkəm sadiq qalaraq birlikdə inkişaf edə və çalışa bilərik ki, daha yaxşı bir insanlıq inşa edək».
Marina Ovsınova, «ALLATRA» prezidenti, Vatikan’da Onun Müqəddəsliyi Papa Fransiskin qəbulunda. Foto: Vatican Media
«ALLATRA»nın Prezidenti Marina Ovtsınova, Papa Fransiskin dünya ictimaiyyətində dinlərarası dialoqun, sülhün və həmrəyliyin inkişafına dəstək məsələsində mövqeyini dəstəklədiyini ifadə edib. Fərqli ölkələrdən, müxtəlif dinlərdən və konfessiyalardan olan «ALLATRA» Beynəlxalq hərəkatının könüllüləri tərəfindən aparılan geniş tədqiqat işini nəzərə alaraq Papa Fransiskin çıxışı xüsusilə aktualdır. Bu, iş fundamental sosial tədqiqat olan «VAHİD TOXUM» layihəsidir. Layihənin məqsədi insan sivilizasiyasının mənəvi irsinə əsaslanan birlik xüsusiyyətlərini göstərmək, həmçinin müasir mərhələdə dünya ictimaiyyətinin konsolidasiyasına töhfə verən ümumi sosial və mənəvi-əxlaqi amilləri aşkar etməkdir.
Dinlərarası münasibətlərin tədqiqi və tətbiqi üçün əsas sahələrdən biri belə bir sualı əhatə edir: Müxtəlif dini adət-ənənələrə və inanclara malik insanlar sülh və bir-birinə hörmət içində birlikdə yaşamağı necə öyrənə bilərlər? Hər bir insanın rifahına yönəlmiş ümumi gələcək naminə əməkdaşlıq etmək və iqlim dəyişikliyi kimi qlobal çağırışlara birgə cavab axtarmaq səylərini necə birləşdirməli?
"«VAHİD TOXUM». «ALLATRA» Beynəlxalq ictimai hərəkatının layihəsi
«Dinlər insanlığın vicdanının səsi olaraq bizə xatırladır ki, biz əbədiyyət ideyası ilə ovsunlanmış ölümlü varlıqlarıq. Axı biz həqiqətən də ölümlüyük, sərhədlərimiz var və həyatı qorumaq planetimizi məhv edən yırtıcı hər şeyə qadirlik illüziyasına qarşı mübarizəni də nəzərdə tutur».
«Biz görürük ki, müharibələr və münaqişələr ətraf mühitə zərər vurur və xalqları parçalayır, planetin qorunması kimi ümumi problemlərin həllində ortaq səylərə mane olur», — deyə Papa Fransisk vurğulamışdır.
İqlim dəyişikliklərinin kəskin təsiri fonunda xalqların birliyi üçün gələcək imkanlara baxaraq, «ALLATRA» Beynəlxalq Hərəkatının prezidenti Marina Ovtsınova, Papa Fransiskin sülhməramlı missiyadakı böyük rolunu və qlobal iqlim problemlərinin həllində ümumi məqsədlərə nail olmaq üçün birgə səylərin vacibliyini vurğuladı.
ALLATRA BİH HAQQINDA
«ALLATRA» Beynəlxalq ictimai Hərəkatı, on ildən artıq bir müddətdə iqlim dəyişiklikləri sahəsində geniş miqyaslı tədqiqatlar aparan müstəqil, qeyri-kommersiya təşkilatıdır. Təşkilat, iqlim fəlakətlərinin öyrənilməsinə sistemli yanaşması və beynəlxalq elmi əməkdaşlığın təşviqində aktiv mövqeyi ilə tanınır.
Dərc edilib: AP, Benzinga, MENAFN, US Times Gazette, US National Times, American Business Times, FOX 8, WPIX CW 11, NBC 8, FOX 2, KRON TV 4, NBC 36, WGN 9, CBS 4, UK Herald Tribune, ABC 6.