Doktor Con An «The Water Expo» sərgisində «ALLATRA» mikro və nanoplastiklər barədə inqilabi tədqiqatını təqdim edir
«ALLATRA» Yer Kürəsinin Tədqiqi Analitik Şöbəsinin əməkdaşı Dr. Con An «The Water Expo» sərgisində keçirilən master-sessiya zamanı çıxış edir
Fort-Loderdeyl, Florida – [21 avqust, 2025-ci il] – ALLATRA Yer Kürəsinin Tədqiqi Analitik Şöbəsinin fəlsəfə doktoru (PhD) və MBA dərəcəli Dr. Con An «Show Winners Corporation» şirkəti tərəfindən təşkil olunan, sənayenin aparıcı tədbirlərindən biri hesab edilən «The Water Expo» sərgisində məzmunlu master-sessiya keçirib.
Dr. An “Zəhərli miras: Ətraf mühitin çirklənməsinin gizli sağlamlıq böhranı“ adlı məruzəsində ALLATRA “Biosferdə nanoplastiklər: Molekulyar təsirdən planetar böhrana“ adlı son mühüm hesabatını təqdim edib. Bu hesabat mikro və nanoplastiklərin ətraf mühitə, insan sağlamlığına və qlobal iqlimə yaratdığı artan təhlükə ilə bağlı bu günə qədər aparılan ən əhatəli tədqiqatlardan biridir.
Tədqiqatın əsas nəticələri:
- Görünməz çirklənmə:Mikro- və nanoplastik bu gün hər yerdə mövcuddur – Marian çökəkliyinin dərinliklərindən tutmuş Everestin zirvəsinə qədər – nəfəs aldığımız havanı, yediyimiz qidanı və içdiyimiz suyu çirkləndirir.
- Sağlamlığa təhdid: Bu hissəciklər insanın hüceyrələrinə və həyati vacib orqanlarına daxil olaraq DNT zədələnmələrinə, iltihab proseslərinə və sinir, ürək-damar və reproduktiv sistemlər daxil olmaqla, orqanizmin müxtəlif sistemlərinin işində pozuntulara səbəb olur.
- Planetar təhdid: İnsan sağlamlığına vurduğu zərərlə yanaşı, plastikin ən kiçik hissəcikləri okeanların qızmasını gücləndirir, yağıntıların xarakterini dəyişir, məhsuldarlığı azaldır və qlobal sabitliyi təhdid edir.
- Təhdidin zamanla artması: Təcili innovasiyalar və beynəlxalq əməkdaşlıq olunmazsa, plastiklə çirklənmə ekoloji böhrandan bütün sivilizasiya üçün dönüş nöqtəsinə çevriləcəkdir.
«Bir qram plastik min trilyondan çox görünməz zərrəciyə parçalana bilir, — deyə doktor An qeyd edib. — Bunlar sadəcə çirkləndiricilər deyil, sağlamlığımızı gizlicə sarsıdan və ekosistemləri sıradan çıxaran səssiz toksinlərdir. Əsl təhlükə hələ istehsal olunacaq və ya təkrar emal ediləcək plastikdə deyil, artıq ətrafımızda və daxilimizdə olan mikro və nanoplastiklərdədir. Çıxış yolu tapmaq üçün diqqətimizi təcili olaraq məhz bu istiqamətə yönəltməliyik».

Xose Qarsiya-Pineyro, “The Water Expo” sərgisinin prezidenti və doktor Con An “ALLATRA”, Fort-Loderdeyl, 2025-ci il
“Show Winners Corporation” şirkəti tərəfindən təşkil edilən “The Water Expo” sərgisi Şimali Amerika istehsalçıları və distribütorlarını Latın Amerikası və Karib hövzəsi bazarları ilə birləşdirən aparıcı platformadır. Miqyaslı konqres və sərgilərin keçirilməsində 20 ildən artıq təcrübə sayəsində SWC Florida ştatının Fort-Loderdeyl şəhərindəki Brouard Dairəsi Konqres Mərkəzini müxtəlif sahələrdə innovasiyaların və dayanıqlı inkişafın təşviqi üçün əsas multikultural mərkəzə çevirmişdir.
ALLATRA» haqqında
«ALLATRA» — Amerika Birləşmiş Ştatlarında tədqiqat mərkəzi olan («ALLATRA» Qlobal Tədqiqat Mərkəzi), iqlim və ekoloji dəyişikliklərin kompleks təhlili, mikro və nanoplastiklərin təsirinin öyrənilməsi, həmçinin mədəniyyətlərarası əməkdaşlığın təşviqi və fundamental insan hüquq və azadlıqlarının mühafizəsi ilə məşğul olan beynəlxalq vətəndaş platformasıdır.
Ətraf mühitin və bütün yaradılanların mühafizəsi işinə sadiqliyin etirafı olaraq, «ALLATRA» 2024-cü ildə Zati-müqəddəsləri Papa Fransiskin apostol xeyir-duasına layiq görülmüşdür. 2025-ci ildə Zati-müqəddəsləri Papa Lev XIV də «ALLATRA»nın prezidentinə və onun bütün könüllülərinə apostol xeyir-duası əta etmişdir.
Mətbuat sorğuları üçün bizimlə əlaqə saxlayın: [email protected]