"ALLATRA Nyu-York" könüllüləri mikro və nanoplastikin insan sağlamlığına təsirinə həsr olunmuş ictimai tədbir keçirdilər

14 April 2026
"ALLATRA Nyu-York" könüllüləri mikro və nanoplastikin insan sağlamlığına təsirinə həsr olunmuş ictimai tədbir keçirdilər

Nyu-York, 27 mart 2026-cı il — "ALLATRA Nyu-York" könüllüləri Nyu-York sakinlərini elmə, dialoqa və açıq diskussiyaya həsr olunmuş gecə çərçivəsində bir araya gətirərək "Civic Hall"da açıq ictimai tədbir keçirdilər. "ALLATRA" Beynəlxalq İctimai Hərəkatının məruzəçiləri mikro və nanoplastikin (MNP) insan orqanizminə necə təsir göstərdiyi və onun fəsadlarının nə üçün qəbul edildiyindən qat-qat ciddi olduğu barədə ən son tədqiqatları təqdim etdilər. Təqdimatın əsasında "ALLATRA" Qlobal Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış "Nanoplastik: həyata təhlükə" adlı sənədli film dayanırdı hansı ki, bu filmdə MNP-nin hər yerdə geniş yayılması, həmçinin onun insan sağlamlığı və ekosistemlər üçün potensial fəsadları təhlil edilir.

Tədbir bu hissəciklərin hava, su və qida vasitəsilə insan orqanizminə necə daxil olması və zamanla müxtəlif orqanlarda toplanmasının icmalı ilə başladı. "ALLATRA"nın spikeri Evelina Çerif qeyd etdi ki, MNP bir çox orqanlarda aşkar edilib, bununla belə ən yüksək konsentrasiya beyin toxumalarında qeydə alınıb. O, həmçinin Amerika Nevrologiya Akademiyasının tədqiqatına istinad edərək bildirdi ki, bu tədqiqata əsasən, havanın, torpağın və suyun tərkibində MNP konsentrasiyasının bir qayda olaraq daha yüksək olduğu sahilboyu rayonların sakinləri koqnitiv pozuntuların, hərəkət pozuntularının və özünəxidmət çətinliklərinin artan tezliyi ilə üzləşə bilərlər.

İctimai diskussiyaların tez-tez plastikin kimyəvi toksikliyinə cəmləşdiyi bir vaxtda, "ALLATRA"nın digər spikeri Olqa Kotik daha az müzakirə olunan bir aspektə – MNP-nin elektrostatik yükünə diqqət çəkdi. O, öz çıxışında izah etdi ki, bu yük plastik hissəciklərin hüceyrələrə nüfuz etməsinə, DNT və zülallarla əlaqəyə girməsinə, eləcə də təfəkkür, hərəkət və immun sisteminin funksiyaları üçün kritik əhəmiyyət daşıyan elektrik siqnallarının ötürülməsinin pozulmasına şərait yarada bilər.

Tədbir iştirakçıları bu məlumatı çox şəxsi qəbul etdilər. Kvinsdən olan rəssam İz Qarsiya bildirdi ki: "Məsələ sadəcə mikrosəviyyədə deyil — söhbət nanosəviyyədən gedir. Bunun artıq bizim daxilimizdə olması, plastikin enerjiyə malik olması və bizim enerjimizi alması — mənim üçün böyük bir kəşf oldu. Bu, məni sadəcə heyrətə gətirdi". Tədbir onda silinməz təəssürat yaratdı və o, əldə etdiyi bilikləri öz yaradıcılığında təcəssüm etdirməyi planlaşdırır.

Müzakirə insan sağlamlığı məsələləri çərçivəsindən kənara çıxdı və ətraf mühit mövzusuna da toxundu: "ALLATRA"nın spikeri Stiven Kasten atmosferdəki nanohissəciklərin kondensasiya nüvələri kimi necə çıxış edə biləcəyini — potensial olaraq yağış damcılarının formalaşması proseslərini dəyişdirərək uzunsürən quraqlıqlara, daha intensiv yağıntılara, daha iri dolunun əmələ gəlməsinə və daha güclü fırtınalara necə şərait yaratdığını izah etdi. Problemin miqyası daha da aydınlaşdıqca, auditoriyanın sualları potensial həll yollarına, o cümlədən tullantıların təkrar emalına yönəldi. Tullantıların təkrar emalı fəsadların azaldılması üçün əsas strategiya kimi geniş şəkildə qəbul edilsə də, spiker izah etdi ki, bu proses problemi daha da ağırlaşdıra bilər; çünki mexaniki təsirlərə məruz qalmış təkrar emal olunmuş plastik, MNP-ni ilkin plastikə nisbətən daha sürətlə xaric edə bilər.

Spikerlər fəaliyyətin bir neçə prioritet istiqamətini, o cümlədən standartlaşdırılmış monitorinq sistemlərinin hazırlanmasını, tədqiqat protokollarının beynəlxalq səviyyədə razılaşdırılmasını və MNP-nin hələ ki onları nəzərə almayan iqlim modellərinə inteqrasiya edilməsini qeyd etdilər. Onlar həmçinin dəyişikliklərin təşviq edilməsində ictimaiyyətin məlumatlandırılmasının rolunu vurğuladılar.

Məsələn, "Harvard Six Cities Study" tədqiqatı çərçivəsində havanın çirklənməsi ilə ömrün qısalması arasında əlaqə müəyyən edildi və bunun ardınca ictimaiyyətin təzyiqi 1997-ci ildə ABŞ-da havanın keyfiyyət standartlarının sərtləşdirilməsinə gətirib çıxardı. Analoji olaraq, asbest və qurğuşun, onların təhlükəli olduğu etibarlı şəkildə sübut olunduqdan sonra belə uzun müddət geniş istifadə olunmağa davam etdi və müvafiq normativ tədbirlərin qəbul edilməsi böyük ölçüdə ictimaiyyətin artan narahatlığı ilə şərtləndirilmişdi. Bütövlükdə bu nümunələr sabit bir qanunauyğunluğu nümayiş etdirir: elm riskləri aşkar etsə də, siyasətdəki əhəmiyyətli dəyişikliklər çox vaxt ictimai məlumatlılığın və iştirakçılığın artmasından sonra baş verir.

Bu fikri tədbirə bu mövzu haqqında daha çox öyrənmək üçün gələn Roman Soloniy də dəstəklədi. O, bu cür görüşlərin nə üçün əhəmiyyət kəsb etdiyi barədə düşünərək dedi: «Belə tədbirlər fərqli təcrübəyə malik və həyatın müxtəlif sahələrindən olan insanları bir araya gətirir. Bu biliklər birləşdikdə isə daha sürətlə irəliləməyimizə kömək edir».

«ALLATRA» bu tədbiri keçirdiyinə və birgə təşkilinə görə "Civic Hall"-a səmimi minnətdarlığını bildirir. Onların ekologiya və ictimai səhiyyə məsələləri üzrə dialoqa davamlı dəstəyi, vətəndaş iştirakçılığına və cəmiyyətin rifahına olan qəti sadiqliyin sübutudur.

 

Civic Hall haqqında

Civic Hall — Nyu-Yorkda, Yunion-skverdə (Union Square) yerləşən ultramüasir ictimai mərkəzdir. O, sadə bir ideya əsasında qurulub: insanları inkişaf, təhsil və icmanın formalaşması imkanları ətrafında birləşdirmək.

Bu gün Civic Hall ümumi bir məqsədi rəhbər tutur — xidmət etdiyi şəhər qədər rəngarəng olan bir məkanda imkanlar potensialını ortaya çıxarmaq. Təhsil proqramlarının keçirilməsi və startapların dəstəklənməsindən tutmuş, incəsənət sərgilərinin və ictimai tədbirlərin təşkilinə qədər — Civic Hall ideyaların inkişaf edə biləcəyi və icmaların çiçəklənəcəyi bir platforma təqdim edir.


«ALLATRA» Beynəlxalq İctimai Hərəkatı haqqında

«ALLATRA» Beynəlxalq İctimai Hərəkatı — geodinamika və ekoloji problemlər sahəsində irimiqyaslı tədqiqatlarla məşğul olan müstəqil könüllü təşkilatıdır. «ALLATRA» BİH təbii fəlakətlərin öyrənilməsinə fənlərarası yanaşması, beynəlxalq elmi əməkdaşlığın inkişafına verdiyi dəstək, habelə insan hüquq və əsas azadlıqlarını fəal şəkildə müdafiə etməsi ilə tanınır.

Ətraf mühitin və bütün yaradılışın qorunması işinə sadiqliyi yüksək qiymətləndirilərək, 2024-cü ildə «ALLATRA» Beynəlxalq İctimai Hərəkatı Zati-müqəddəsləri Papa Fransiskin apostol xeyir-duasına layiq görülmüşdür. 2025-ci ildə Zati-müqəddəsləri Papa XIV Lev də «ALLATRA»-nın prezidentinə və onun bütün könüllülərinə apostol xeyir-duasını vermişdir.


Mətbuat üçün əlaqə: [email protected]