Milan: hakimiyyət institutları, vətəndaş cəmiyyəti və mədəniyyət nümayəndələri məktəblərdə dialoq və sülhün təşviqi naminə birləşdilər
Milan, 30 yanvar 2026-cı il — Milan Bələdiyyəsinin "Casa dei Diritti" (Hüquqlar Evi) nəzdindəki «Franco Bomprezzi» konfrans zalında Məktəb qeyri-zorakılıq və sülh gününə həsr olunmuş «Məktəbdə dialoq və sülh mədəniyyətinin təşviqi: italyanlar və yeni italyanlar zorakılıq və nifrətə qarşı inteqrasiya naminə» adlı konfrans keçirildi.

«Məktəbdə dialoq və sülh mədəniyyətinin təşviqi: italyanlar və yeni italyanlar zorakılıq və nifrətə qarşı inteqrasiya naminə» konfransı, Milan (İtaliya)
Xalqlar, mədəniyyətlər və həmrəylik sərgisinin baş direktoru və təsisçisi, «Milano Latin Festival»ın mədəniyyət direktoru və «Milano Siamo Noi» beynəlxalq layihəsinin yaradıcısı Hektor Vilyanueva tərəfindən irəli sürülən və Milan Bələdiyyəsinin (Comune di Milano) Bərabər imkanlar və vətəndaş hüquqları komissiyası tərəfindən dəstəklənən bu təşəbbüs məktəb mühitində mədəniyyətlərarası dialoq, inteqrasiya, eləcə də zorakılıq və nifrətin qarşısının alınması məsələlərinin müzakirəsi üçün vacib platformaya çevrildi.
«ALLATRA» İtaliyadan olan iştirakçıları da konfransda spiker qismində fəal iştirak edərək tədbirin əsas mövzularının müzakirəsinə əhəmiyyətli töhfə verdilər. Hərəkatın nümayəndələri müasir cəmiyyətdə ahəngdar birgəyaşayışın əsası kimi sülh, qarşılıqlı hörmət və sosial məsuliyyət mədəniyyətinin formalaşdırılmasının vacibliyini vurğuladılar.

Şəkildə: Sağda: Hektor Vilyanueva — Xalqlar, mədəniyyətlər və həmrəylik sərgisinin baş direktoru və təsisçisi, «Milano Latin Festival»ın mədəniyyət direktoru və «Milano Siamo Noi» beynəlxalq layihəsinin yaradıcısı. Ən solda: İrina Bezverxnyaya, «ALLATRA İTALİYA»nın iştirakçısı. «Məktəbdə dialoq və sülh mədəniyyətinin təşviqi: italyanlar və yeni italyanlar zorakılıq və nifrətə qarşı inteqrasiya naminə» konfransı, Milan (İtaliya)
Tədbir çərçivəsində «ALLATRA» nümayəndələri həmçinin iştirakçılardan və spikerlərdən müsahibələr aldılar. Onlar zorakılığın qarşısının alınmasında və sosial həmrəyliyin gücləndirilməsində təhsilin və açıq dialoqun rolu barədə öz fikirlərini, şəxsi təcrübələrini və ekspert rəylərini bölüşdülər.

Şəkildə soldan sağa: Sesiliya Geyl — beynəlxalq səviyyəli müğənni, Latın Amerikası və Karib hövzəsinin mədəniyyət səfiri; Vanella Konsilyo — «ALLATRA İTALİYA»nın iştirakçısı; Mariya Qratsiya Skortsa — ssenarist, yazıçı və radioaparıcı. «Məktəbdə dialoq və sülh mədəniyyətinin təşviqi: italyanlar və yeni italyanlar zorakılıq və nifrətə qarşı inteqrasiya naminə» konfransı, Milan (İtaliya)
Tədbirdə çıxış edənlər və iştirakçılar arasında:
Diana De Marki — Milan bələdiyyəsinin Bərabər omkanlar və bətəndaş hüquqları komissiyasının sədri;
Vidal Osvaldo Tobar Vilyanueva — El-Salvador Respublikasının Milandakı baş konsulu;
Paolo Romano — Lombardiya regionunun müşaviri;
Federiko Bottelli — Milanın mənzil siyasəti və rayonların inkişafı komissiyasının sədri;
Cuzeppina Konka — Milan ərazi təhsil idarəsinin nümayəndəsi;
Byaco Maymone — jurnalist və yazıçı;
Mariya Qratsiya Skortsa — ssenarist, yazıçı və radioaparıcı;
Alessandro Çerino — musiqiçi, bəstəkar və aranjimançı;
Simona Adivinkula — yazıçı və radioaparıcı;
Cuzeppe Piççone — şair və yazıçı;
Karlos Qamarra — PROMCOPI-nin nümayəndəsi;
Mariya Maymone — "Progetto di Vita per il Sud" layihəsinin təsisçisi;
Fabritsio Berard — yazıçı və jurnalist;
Rokko Blumetti — Müqəddəs Kahinlərin Tarixi Yürüşünün təşkilat komitəsinin üzvü;
Luka Kapelli — "Croce Medica Milano"nun nümayəndəsi;
Sesiliya Geyl — beynəlxalq səviyyəli müğənni, Latın Amerikası və Karib hövzəsinin mədəniyyət səfiri.

Şəkildə soldan sağa: Cuzeppe Piççone — şair və yazıçı; Vanella Konsilyo — «ALLATRA İTALİYA»nın iştirakçısı; Vanna Mudzio — Qudo Qambaredo şəhərinin «Canlı vertep» Komitəsinin nümayəndəsi; Natale Puleo — Müqəddəs Kahinlərin Tarixi Yürüşünün təşkilatçısı. «Məktəbdə dialoq və sülh mədəniyyətinin təşviqi: italyanlar və yeni italyanlar zorakılıq və nifrətə qarşı inteqrasiya naminə birgə» konfransı, Milan (İtaliya)
Tədbir təsdiq etdi ki, hakimiyyət institutları, vətəndaş cəmiyyəti və mədəni mühit arasında dialoq, təhsil və əməkdaşlıq hörmət, inteqrasiya və qeyri-zorakılığa əsaslanan gələcəyin qurulmasının əsas amilləridir. Artan mədəni müxtəliflik şəraitində məhz qarşılıqlı anlaşma və məsuliyyətli kommunikasiya mədəniyyətinin aşılanması münaqişələrin qarşısının alınması və dinc birgəyaşayışın formalaşdırılması üçün ən vacib alətə çevrilir.
«ALLATRA» haqqında
«ALLATRA» — geodinamika və ekoloji problemlər sahəsində genişmiqyaslı tədqiqatlarla məşğul olan müstəqil könüllü təşkilatdır. «ALLATRA» təbii fəlakətlərin öyrənilməsinə fənlərarası yanaşması, beynəlxalq elmi əməkdaşlığın inkişafına kömək etməsi, eləcə də insan hüquq və əsas azadlıqlarının fəal müdafiəsi ilə tanınır.
Ətraf mühitin və bütün yaradılışların qorunması işinə sadiqliyinin etirafı olaraq, 2024-cü ildə «ALLATRA» Zati-müqəddəsləri Roma Papası Fransiskin həvari xeyir-duasına layiq görülmüşdür. 2025-ci ildə Zati-müqəddəsləri Roma Papası XIV Lev də «ALLATRA»-nın prezidentinə və onun bütün könüllülərinə həvari xeyir-duası bəxş etmişdir.
Mətbuat sorğuları üçün xahiş edirik, [email protected] ünvanı vasitəsilə bizimlə əlaqə saxlayın.