«ALLATRA», Qabaqcıl Araşdırmalar və Əməkdaşlıq İnstitutu (IASC) tərəfindən təşkil olunmuş Assizidəki sülh naminə beynəlxalq dialoqda — “World Changers”: «Assizidən kvant erasınadək: sülhün qardaşlıq vasitəsilə yenidən dərk edilməsi» forumunda iştirak edib

13 June 2026

Roma–Assizi 2026 Sülh Yürüşü çərçivəsində 

Foto: Sala della Conciliazione, Palazzo dei Priori, Assizi, İtaliya

Assizi, İtaliya - 2 iyun 2026 cı il

Assizi yenidən sülh naminə beynəlxalq dialoq məkanına çevrildi. Sala della Conciliazione di Palazzo dei Priori tarixi zalında «Assizidən kvant erasınadək: sülhün qardaşlıq vasitəsilə yenidən dərk edilməsi» adlı beynəlxalq görüş keçirilib.

Bu tədbir, «E-Novation» Fondunun dəstəklədiyi sülh təşəbbüsü çərçivəsində, Qabaqcıl Araşdırmalar və Əməkdaşlıq İnstitutu (IASC) və «World Changers» tərəfindən təşkil edilib. Beynəlxalq panelin reallaşmasına «International Mauritian Academy», «Fiaccola per la Pace», San Francesco 1226–2026 Milli Komitəsi, «Assisi Pax International» və «Diplomatici spirituali» təşkilatları da yaxından əməkdaşlıq edərək dəstək veriblər.

Görüşün konseptual fəlsəfəsi Müqəddəs Assizili Fransiskin mənəvi irsinə əsaslanır. Tədbir, eyni zamanda Müqəddəs Papa XIV Levun müasir dünyada insan ləyaqəti, sülh və qlobal məsuliyyət mövzularına həsr etdiyi «Magnifica Humanitas» ensiklikasının ali prinsipləri ilə tam uzlaşır.

Müqəddəs Taxt-Tacın Dövlət Katibliyinin müraciəti görüş iştirakçıları üçün xüsusi əhəmiyyət kəsb edirdi. Müqəddəs Taxt-Tacın dövlət katibi, Zati-Aliləri kardinal Pyetro Parolin ümumdünya qardaşlığı və insan ləyaqəti dəyərlərinə əsaslanan fənlərarası düşüncə məkanının yaradılmasına yönəlmiş təşəbbüsün vacibliyini qeyd etdiyi müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

«Ümumdünya qardaşlığı və insan ləyaqəti prinsiplərinə söykənən, eyni zamanda Müqəddəs Atamız Papa XIV Levun «Magnifica Humanitas» ensiklikasının ali ideyalarından güc alan bu təşəbbüsü fənlərarası birgə təfəkkür platforması kimi yüksək qiymətləndirirəm. Buna görə də, hər zaman dualarımla bu fəaliyyətin yanında olacağam». 

Assizidəki beynəlxalq görüş insan şəxsiyyətinin, onun ləyaqətinin və məsuliyyətinin ictimai inkişafın mərkəzində dayandığı gələcəyin formalaşdırılması yollarının axtarışında birləşən elm, mənəviyyat, mədəniyyət və beynəlxalq əməkdaşlıq nümayəndələri arasında dialoq məkanına çevrildi.

Tədbirə «E-Novation» Fondunun prezidenti, jurnalist Massimo Luçidi (Massimo Lucidi) moderatorluq edib. O, elm, mədəniyyət, mənəviyyat və beynəlxalq əməkdaşlıq sferalarını təmsil edən iştirakçılar arasındakı qlobal dialoqun aparılmasını təmin edib.

Fotoda soldan sağa: ata Canmariya Polidoro, «Assisi Pax International» təşkilatının təsisçisi; Benito Korradini, «La Sponda» Fondunun prezidenti, jurnalist və yazıçı; Sara Penko, müstəqil tədqiqatçı, bərpaçı və «REART World» beynəlxalq layihəsinin təsisçisi; Zati-Aliləri monsenyor Antonio Stalyano (Antonio Staglianò), Papa İlahiyyat Akademiyasının prezidenti; professor Qabriele Pao-Pey Andreoli, Qabaqcıl Araşdırmalar və Əməkdaşlıq İnstitutunun (IASC) prezidenti; Massimo Luçidi (Massimo Lucidi), «E-Novation» Fondunun (fondazione E-Novation) prezidenti; Nabil Buqareş, «ALLATRA» Qlobal Araşdırmalar Mərkəzinin nümayəndəsi. 

Papa İlahiyyat Akademiyasının prezidenti, Zati-Aliləri monsenyor Antonio Stalyano iştirakçılar qarşısında proqram xarakterli əsas məruzə ilə çıxış edib. O, texnoloji transformasiya şəraitində insan şəxsiyyətinin ləyaqətini, mənəvi səmtlərini və cəmiyyətin dəyər əsaslarını diqqət mərkəzində saxlamaqla, insan haqqında danışmağa imkan verən müasir dilin zəruriliyini vurğulamışdır. Süni intellekt dövründə dehumandlaşma (insanlıqdan çıxma) risklərinə, həmçinin inanc, mədəniyyət, elm və cəmiyyət arasındakı dialoqun əhəmiyyətinə xüsusi diqqət yetirilmişdir.

Fotoda: «Assisi Pax International» təşkilatının qurucusu ata Canmariya Polidoro (Padre Gianmaria Polidoro 

«Assisi Pax International» təşkilatının təsisçisi ata Canmariya Polidoro da öz növbəsində çıxış edərək, fransiskanlara xas sadəlik və dərinliklə müasir dünyada qardaşlığın və bəşəri birliyin mənəvi əsaslarının daimi əhəmiyyətini xatırladıb.

Fotoda sağdan sola: professor Qabriele Pao-Pey Andreoli, Qabaqcıl Araşdırmalar və Əməkdaşlıq İnstitutunun (IASC) prezidenti; Zati-Aliləri monsenyor Antonio Stalyano (Antonio Staglianò), Papa İlahiyyat Akademiyasının prezidenti; Sara Penko (Sara Penco), müstəqil tədqiqatçı, bərpaçı və «REART World» beynəlxalq layihəsinin təsisçisi

Kvant əsrində konstitusion sülh və insan kapitalının inkişafı mövzuları Qabaqcıl Araşdırmalar və Əməkdaşlıq İnstitutunun (IASC) rəhbəri, professor Qabriele Pao-Pey Andreoli tərəfindən şərh edilib. Məruzəçi süni intellekt, kvant texnologiyaları və yeni rəqəmsal idarəetmə modellərinin tətbiq olunduğu bir dövrdə, bəşəriyyətin mənəvi təhlükəsizliyini təmin edə biləcək yeni etik və institusional sistemlərin qurulmasının vacibliyini vurğulayıb.

Getdikcə daha mürəkkəb və bir-birinə inteqrasiya olunmuş qlobal sistemlərin mövcud olduğu müasir dövrdə texnoloji məsuliyyət, etik idarəetmə prinsipləri və insan ləyaqətinin müdafiəsi məsələləri xüsusi diqqət mərkəzində saxlanılıb.

Fotoda solda: Nabil Buqareş, «ALLATRA» Qlobal Tədqiqat Mərkəzinin nümayəndəsi

«ALLATRA İtaliya» «Laudato Si’» ensiklikasının ruhuna uyğun olaraq ekoloji məsuliyyətə dair öz yanaşmasını təqdim edib; burada biosfer və insan sağlamlığı üçün elmi, etik və sosial cavab tələb edən qlobal çağırış qismində mikroplastik və nanoplastik probleminə xüsusi diqqət yetirilmişdir."

Bu mövzuda məruzə ilə «ALLATRA» Qlobal Tədqiqat Mərkəzinin nümayəndəsi Nabil Buqareş çıxış edərək, qlobal ekoloji proseslərin tədqiqində fənlərarası yanaşmanın və beynəlxalq əməkdaşlığın vacibliyini vurğulamışdır.

Fotoda ortada: Sara Penko (Sara Penco), müstəqil tədqiqatçı, bərpaçı və «REART World» beynəlxalq layihəsinin təsisçisi

Cəmiyyətin inkişafına dair yeni humanist yanaşmanın formalaşmasında incəsənətin, mədəni irsin və koqnitiv texnologiyaların rolunu müstəqil tədqiqatçı, bərpaçı və «REART World» beynəlxalq layihəsinin təsisçisi Sara Penko açıqlayıb.

Fotoda: Luici Riççi (Luigi Ricci), yazıçı, tədqiqatçı

Rəqəmsal dövrdə kibertəhlükəsizlik, hibrid təhdidlər və insan ləyaqətinin qorunması məsələlərini tədqiqatçı və yazıçı Luici Riççi təqdim edib. O, alqoritmik manipulyasiyaların, dezinformasiyanın və kibertəhdidlərin, institutların dayanıqlılığına və cəmiyyətin etibarına olan təsiri məsələsinə diqqət çəkib.

Fotoda: «ALLATRA» Beynəlxalq Vətəndaş Platformasının nümayəndələri 

«ALLATRA İtaliya» media komandası həmçinin tədbir iştirakçıları və təşkilatçıları ilə silsilə müsahibələr aparıb; məqsəd onların dünyanın gələcəyinə, beynəlxalq dialoqun roluna və qlobal çağırışların birgə həlli yollarının axtarışının zəruriliyinə dair baxışlarını işıqlandırmaq olmuşdur.

Fotoda soldan sağa: Dr. Daniela de Feo, cərrah, mamalıq və ginekologiya üzrə mütəxəssis, «4 Woman Health» klinikasının həmtəsisçisi və tibbi direktoru; Sara Penko, müstəqil tədqiqatçı, bərpaçı və «REART World» beynəlxalq layihəsinin təsisçisi; Massimo Luçidi, jurnalist, «E-Novation» fondunun prezidenti; Zati-Aliləri monsenyor Antonio Stalyano, Papa İlahiyyat Akademiyasının prezidenti. Müsahibəni alan: İrina Bezverxnyaya, «ALLATRA» Beynəlxalq Vətəndaş Platformasının nümayəndəsi.


Görüşün əhəmiyyəti

Sülhün və qardaşlığın tarixi rəmzi olan Assisi şəhəri, bəşəriyyətin gələcəyinə dair bütöv bir baxışın formalaşdırılması naminə müxtəlif yanaşmaların bir araya gəldiyi açıq dialoq məkanı statusunu bir daha təsdiqlədi.

Bu tədbir Assisili Müqəddəs Fransiskin mənəvi irsinin əsasını təşkil edən fundamental ideyanın — insan ləyaqətinə hörmət, qarşılıqlı anlaşma və planetin gələcəyi naminə ortaq məsuliyyət prinsiplərinə əsaslanan əməkdaşlıq yollarının axtarışının davamı olmuşdur.


ALLATRA haqqında

«ALLATRA» — Amerika Birləşmiş Ştatlarında tədqiqat mərkəzi olan («ALLATRA» Qlobal Tədqiqat Mərkəzi), iqlim və ekoloji dəyişikliklərin kompleks təhlili, mikro və nanoplastiklərin təsirinin öyrənilməsi, həmçinin mədəniyyətlərarası əməkdaşlığın təşviqi və ifundamental insan hüquq və azadlıqlarının mühafizəsi ilə məşğul olan beynəlxalq vətəndaş platformasıdır.

Ətraf mühitin və bütün yaradılanların mühafizəsi işinə sadiqliyin etirafı olaraq, «ALLATRA» 2024-cü ildə Zati-müqəddəsləri Papa Fransiskin apostol xeyir-duasına layiq görülmüşdür. 2025-ci ildə Zati-müqəddəsləri Papa Lev XIV də «ALLATRA»nın prezidentinə və onun bütün könüllülərinə apostol xeyir-duası əta etmişdir.


KİV üçün əlaqə ünvanı: i[email protected]