Kvant erası və qlobal dünya: «ALLATRA İTALİYA» Turində professor Qabriele Pao-Pey Andreolinin kitabının təqdimatında

26 May 2026
Kvant erası və qlobal dünya: «ALLATRA İTALİYA» Turində professor Qabriele Pao-Pey Andreolinin kitabının təqdimatında

Fotoda sağdan sola: professor Qabriele Pao-Pey Andreoli; professor Alberto Kontu

Turin, İTALİYA — 17 may 2026-cı il — «ALLATRA İTALİYA» komandası Avropanın ən böyük mədəni və ədəbi tədbirlərindən biri olan 38-ci Turin Beynəlxalq лitab ыalonunu (Salone Internazionale del Libro di Torino) ziyarət etdi.

Professor Qabriele Pao-Pey Andreolinin İTALİYANIN Turin şəhərində kitabının təqdimatları

Salon çərçivəsində professor Qabriele Pao-Pey Andreolinin (Gabriele Pao-Pei Andreoli) professor Alberto Kontu (Alberto Contu) ilə həmmüəlliflikdə yazdığı yeni kitabının — «Costituzionalismo Federale Mondiale e Tecnologie del Potere nell’Era Quantistica» («Kvant erasında dünya federal konstitusionalizmi və hakimiyyət texnologiyaları») təqdimatı keçirildi.

Fotoda sağdan sola: professor Qabriele Pao-Pey Andreoli; professor Alberto Kontu

«Stand Sardegna» stendində keçirilən təqdimat ekspertlərin geniş diqqətini gələcək qlobal idarəetmə, hüquq və texnoloji inkişaf məsələlərinə cəlb etdi. Təqdim olunan bu əsər hüquq, fəlsəfə, etika və sürətlə dəyişən texnoloji proseslərin təhlilini özündə birləşdirən çoxillik fənlərarası dialoqun nəticəsidir.


Qlobal çağırışlar və texnologiyalar etikası

Kitabda sürətli tərəqqi şəraitində beynəlxalq sistemin transformasiyası ilə bağlı müasir dövrün fundamental məsələləri qaldırılır:

  • Kvant erasının çağırışları: Süni intellektin, kvant hesablamalarının və rəqəmsal platformaların hakimiyyət strukturuna, qərar qəbul etmə mexanizmlərinə və beynəlxalq münasibətlərə təsiri təhlil edilir.
  • Humanist vektor: Müəlliflər vurğulayırlar ki, texnologiyalar nəzarət, bərabərsizliyin artırılması və ya parçalanma mexanizminə çevrilməməli, insan və cəmiyyətin inkişaf aləti olaraq qalmalıdır.
  • Yeni məsuliyyət modeli: Yanaşmanın mərkəzində etika, əməkdaşlıq və gələcək nəsillərə hörmətə əsaslanan qlobal məsuliyyətin formalaşdırılması zərurəti dayanır.
  • Dünya federal konstitusionalizmi: Konsepsiya dövlətlərin dayanıqlı və uzunmüddətli dinc yanaşı yaşamasının yolu kimi nəzərdən keçirilir. Bu modeldə qlobal nizam müvəqqəti kompromislər sistemi deyil, hakimiyyətin ilk növbədə cəmiyyət və planet qarşısında məsuliyyət kimi başa düşüldüyü dayanıqlı hüquqi və etik arxitekturadır.


«ALLATRA» üçün eksklüziv müsahibələr

Fotoda sağdan sola: professor Alberto Kontu, professor Qabriele Pao-Pey Andreoli; «ALLATRA İTALİYA» iştirakçısı Nabil Buqareş; «ALLATRA İTALİYA» iştirakçısı Alla Moskalenko

Tədbir zamanı «ALLATRA İTALİYA» komandası kitabın müəllifləri ilə bir sıra eksklüziv müsahibələr keçirdi. Söhbət əsnasında jurnalistlər əsərin əsas ideyaları, onun yaranmasına təkan verən amillər, gələcəyin formalaşmasında vətəndaş cəmiyyətinin və beynəlxalq təşəbbüslərin rolu barədə suallar verdilər.

Şəkildə sağdan sola: professor Qabriele Pao-Pei Andreoli; «ALLATRA İtaliya»nın iştirakçısı Nabil Buqareş

Fotoda sağdan sola: professor Qabriele Pao-Pey Andreoli; «ALLATRA İTALİYA» iştirakçısı Nabil Buqareş

Texnoloji transformasiya şəraitində insan ləyaqətini qorumağa hansı dəyərlərin kömək edə biləcəyinə xüsusi diqqət yetirildi.

Müəlliflər hüquq, etika və texnologiyaların qarşılıqlı təsirinə dair şəxsi fikirlərini bölüşdülər, beynəlxalq hüquqi paradiqmanın yenilənməsi zərurətini qeyd etdilər, habelə daha qurucu və dinc gələcəyin formalaşmasında hər bir insanın roluna dair öz baxışlarını ifadə etdilər.

«ALLATRA İTALİYA» komandası çıxışların və ekspert müzakirələrinin əsas məqamlarını qeydə alaraq təqdimatın videoçəkilişini həyata keçirdi.

Turin kitab salonunda toplanmış materiallar və eksklüziv müsahibələr yaxın vaxtlarda hazırlanacaq reportajın əsasını təşkil edəcək. Rəsmi media platformalarımızda yenilikləri izləyin.


«ALLATRA» haqqında

«ALLATRA» — tədqiqat mərkəzi («ALLATRA» Qlobal Tədqiqat Mərkəzi) ABŞ-da yerləşən, iqlim və ekoloji dəyişikliklərin kompleks təhlili, mikro və nanoplastikin təsirinin öyrənilməsi, habelə mədəniyyətlərarası əməkdaşlığa, insanın əsas azadlıqlarının və hüquqlarının müdafiəsinə dəstək göstərilməsi ilə məşğul olan beynəlxalq vətəndaş platformasıdır.

Ətraf mühitin və bütün yaradılışın qorunması işinə sadiqliyinin etirafı əlaməti olaraq, 2024-cü ildə «ALLATRA» Zati-müqəddəsləri Papa Fransiskin apostol xeyir-duasına layiq görülmüşdür. 2025-ci ildə Zati-müqəddəsləri Papa XIV Lev də «ALLATRA» prezidentinə və onun bütün könüllülərinə apostol xeyir-duası bəxş etmişdir.


Mətbuat üçün əlaqə: [email protected]