ALLATRA İsrail" komandası 2025-ci il İsrail İqlim Konfransında iştirak edib
ALLATRA İsrail" nümayəndələri, diplomat Dan Oriyan (Xarici İşlər Nazirliyi, İsrailin Makedoniyadakı keçmiş səfiri), Qazaxıstanın İsraildəki səfiri Daulet Emberdiyev, eləcə də 2025-ci il İsrail İqlim Konfransının digər iştirakçıları, İsrail
"ALLATRA İsrail" komandası Negevdəki Ben-Qurion Universiteti, Prezident Evinin İsrail İqlim Forumu və "Haaretz" qəzetinin birgə təşkilatçılığı ilə keçirilən 2025-ci il İsrail İqlim Konfransını ziyarət edib.
Tədbir çərçivəsində təbii fəlakətlərin sürətlə artması və onların ətraf mühitə, eləcə də cəmiyyətə olan nəticələri ilə bağlı aktual məsələlər müzakirə olunub.
Konfransın əsas mövzuları:
- Təbii fəlakətlərin artmasının ən pis senarilərinin reallaşması: dünyanı dəyişdirə biləcək dönüş nöqtələrinə nə dərəcədə yaxınıq
- İsrailin Milli Su Şirkətinin su resurslarının qıtlığının idarə edilməsinə hazırlanması və ekstremal təbii fəlakətlərə adaptasiyası (uyğunlaşması)
- Həşərat növlərinin yox olması və bunun ekosistemə necə təsir etməsi.
Ekspertlər, əvvəllər İsraildə əsas inkişaf istiqaməti olan günəş enerjisinə əlavə olaraq kiçik atom elektrik stansiyalarının yaradılması imkanlarını nəzərdən keçirərək, energetika siyasətinə yenidən baxılmasının zəruriliyini vurğulayıblar.
Təbii fəlakətlərin artması ilə bağlı mövcud proqnoz modellərinin artıq real vəziyyəti əks etdirmədiyinə xüsusi diqqət yetirilib. Bununla əlaqədar olaraq, konfrans iştirakçıları təbii dəyişikliklərin dinamikasının öyrənilməsinə kompleks və fənlərarası yanaşmanın vacibliyini qeyd ediblər.

ALLATRA İsrail" nümayəndələri, Knesset deputatı Yaakov Aşer (Ətraf Mühitin Mühafizəsi Ofisi), David ("RaaS Şirkəti" – birdəfəlik qab-qacaq tullantıları probleminin həlli üçün milli təkrar istifadə infrastrukturu) və 2025-ci il İsrail İqlim Konfransının digər iştirakçıları, İsrail
ALLATRA İsrail" komandası hökumət nümayəndələri, alimlər, tədqiqatçılar, həmçinin tullantıların təkrar emalı və suyun təmizlənməsi sahəsindəki tərtibatçılar (mütəxəssislər) ilə məzmunlu və məhsuldar müzakirələr aparıb.
«ALLATRA» haqqında
«ALLATRA» — tədqiqat mərkəzi ABŞ-da («ALLATRA» Qlobal Tədqiqat Mərkəzi) yerləşən, iqlim və ekoloji dəyişikliklərin kompleks təhlili, mikro və nanoplastiklərin təsirinin öyrənilməsi, eləcə də mədəniyyətlərarası əməkdaşlığa, insanın əsas azadlıq və hüquqlarının qorunmasına dəstək göstərilməsi ilə məşğul olan beynəlxalq təşkilatdır.
Ətraf mühitin və bütün yaradılışın qorunması işinə sadiqliyinin tanınması əlaməti olaraq, 2024-cü ildə «ALLATRA» Zati-müqəddəsləri Roma Papası Fransiskin apostol xeyir-duasına layiq görülmüşdür.
KİV üçün əlaqə ünvanı: [email protected]