«ALLATRA» XXI əsrin su və ekoloji çağırışlarına həsr olunmuş “Water in Bolivia” adlı elmi görüşdə iştirak etmişdir.

8 June 2026
«ALLATRA» XXI əsrin su və ekoloji çağırışlarına həsr olunmuş “Water in Bolivia” adlı elmi görüşdə iştirak etmişdir.

ALLATRA Qlobal Tədqiqat Mərkəzi Boliviya Katolik Universiteti “San Pablo”nun təşəbbüsləri çərçivəsində keçirilən “Water in Bolivia” elmi-akademik tədbirdə iştirak etmişdir. 

Santa-Krus, Boliviya, 4–7 may 2026 – 4–7 may tarixlərində Boliviyada Katolik Universiteti “San Pablo”nun 60 illiyinə həsr olunmuş “Water in Bolivia: Science, Innovation and Alliances for Sustainable Futures” adlı elm və akademik görüş keçirilmişdir. 

Tədbir XXI əsrin aktual su və ekoloji çağırışlarını müzakirə etmək məqsədilə alimləri, universitet nümayəndələrini, ixtisaslaşmış təşkilatları, dövlət qurumlarını, ictimai sektor təmsilçilərini, yerli icmaları və tələbələri bir araya gətirmişdir. Tədbirdə su resurslarının kompleks idarə edilməsi, dayanıqlı inkişaf, iqlim çağırışları, açıq elmi əməkdaşlığın inkişafı, eləcə də mikro və nanoplastiklərlə bağlı tədqiqatlar da daxil olmaqla, yeni araşdırma istiqamətləri diqqət mərkəzində olub.

"ALLATRA" Qlobal Tədqiqat Mərkəzi ("ALLATRA" QTM) tədbirdə əsas tərəfdaşlardan biri kimi iştirak edib. Water in Bolivia tədbirində ALLATRA Qlobal Tədqiqat Mərkəzinin iştirakı su təhlükəsizliyi, ekoloji dayanıqlılıq, eləcə də insan sağlamlığı və ətraf mühitin qorunması sahəsində dayanıqlı həllərin axtarışına yönəlmiş beynəlxalq elmi və ictimai dialoqun tərkib hissəsinə çevrilmişdir.

Tədbir, Boliviya Katolik Universitetinin CReA layihəsi tərəfindən  kənd yerlərindəki və şəhərətrafı icmaların sosial-ekoloji həssaslığının azaldılmasına yönəlmiş fənlərarası təşəbbüs çərçivəsində həyata keçirilmişdir. 

Boliviyanın "San-Pablo" Katolik Universitetinin Santa-Kruz filialının akademik direktoru Dr.Vaniya Roka Urioste "Water in Bolivia" elmi toplantısının rəsmi açılış tədbirində

Konfransın birinci hissəsi 4-5 may tarixlərində Santa Kruzdakı Boliviya Katolik Universitetinin Magistratura şöbəsində baş tutdu. Beynəlxalq texniki sessiyalar çərçivəsində doktorantlar, postdoktorantlar, tədqiqat mərkəzlərinin nümayəndələri və beynəlxalq ekspertlər qazanılmış təcrübəni, tədqiqatlardakı mövcud boşluqları və gələcək elmi əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Su resurslarının kompleks idarə edilməsi, ekosistem xidmətləri, "One Health" ("Vahid Sağlamlıq") yanaşması, elmi potensialın inkişafı, dövlət siyasəti və qanunvericilik təşəbbüsləri əsas mövzular arasında yer alıb.

Müzakirələrin nəticəsi olaraq, idarəetmə mexanizmlərinin möhkəmləndirilməsi, elmi etibarlılığın təmin olunması və əsaslandırılmış faktlar bazasında qərarların qəbulu prosesinə dəstək məqsədilə Boliviya Su Observatoriyasının və elmi-texniki məsləhət şurasının yaradılması və fəaliyyətinin genişləndirilməsi ehtiyacı xüsusi vurğulanıb. 

Boliviya Katolik Universitetinin Santa-Kruz filialının magistratura şöbəsində baş tutan "Water in Bolivia" konfransının təşkilatçı heyəti və iştirakçıları

Toplantı iştirakçıları elmi sənədlərin və faktların hamı üçün açıq olmasının, cəmiyyətdə elmi maarifləndirmənin gücləndirilməsinin, yerli icma nümayəndələrinin proseslərə qoşulmasının, eləcə də ali təhsil müəssisələri, dövlət qurumları və vətəndaş cəmiyyəti təşkilatları arasında daha yaxın tərəfdaşlıq əlaqələrinin qurulmasının önəmli olduğunu xüsusi qeyd ediblər.

Suyun keyfiyyəti, su ehtiyatlarının çirklənmə riskləri, ekoloji faktorların insan sağlamlığına göstərdiyi təsirlər, iqlim dəyişikliyi ilə bağlı çağırışlar, habelə mikro və nanoplastik probleminə dair araşdırmalar da daxil olmaqla, yeni elmi istiqamətlər diqqət mərkəzində saxlanılıb. 

Toplantının ən önəmli hadisələrindən biri isə iqlim, geodinamika və ətraf mühit üzrə ekspert, "ALLATRA" Qlobal Araşdırmalar Mərkəzinin sədri və mərkəzin Elmi-Məsləhət və Araşdırma Şurasının rəhbəri Con Anın məruzəsi olub. Qeyd edək ki, o, həm də "Nanoplastik: İnsan sağlamlığı, ekosistemlər və ətraf mühit üçün risklərin sistemli təhlili" adlı genişməruzəli hesabatın baş müəllifidir."

ALLATRA" Qlobal Araşdırmalar Mərkəzinin sədri Con An Boliviya Katolik Universitetinin Santa-Kruz filialının magistratura şöbəsinin zalında plenar məruzə ilə çıxış edərkən 

"Görünməz təhlükə altında olan su: nanoplastik və qlobal elmi tədqiqatların zəruriliyi" adlı məruzəsində Con An özünün müasir mikro və nanoplastik araşdırmalarına dair elmi-analitik xülasə təqdim edib. Bu hesabat aktual elmi faktların fənlərarası müstəvidə təhlilinə əsaslanıb. Çıxışın ana xəttini mikro və nanoplastiklərin insan sağlamlığına, su ehtiyatlarına, ekosistemlərə və ümumilikdə biosferə göstərdiyi risklər təşkil edib. Təqdimatda həmçinin okeanda anormal istilik yığılması kontekstində genişmiqyaslı okean plastik çirklənməsi məsələsi və onun istilik vəziyyətinə təsir edən əlavə amillərin nəzərə alınmasının zəruriliyi müzakirə edildi. Bu mövzu sistemli elmi yanaşma, beynəlxalq koordinasiya və tədqiqat proqramlarının daha da inkişaf etdirilməsini tələb edən yeni ekoloji təhlükələrin daha geniş müzakirəsinin mühüm hissəsinə çevrilib. 

Plenar sessiyalarda iştirakçılar iqlim adaptasiyası, su resurslarının davamlılığı, quraqlıq, yeraltı sulu təbəqələrin rolu, ekoloji sağlamlıq, elmi kommunikasiya və qlobal tərəfdaşlıq mövzularını da müzakirə ediblər. Brüssel Azad Universitetinin postdoktorantı Miqel Moreno iqlim dəyişikliyinin və quraqlığın təsiri, həmçinin dayanıqlılıq sistemləri kimi sulu horizontların əhəmiyyəti barədə məruzə təqdim edib.  Yeni Akvitaniya Kinoteatrının direktoru Patrik Malefond isə Amazoniya bölgəsi barədə çəkilmiş ilk tammetrajlı ekran əsəri sayılan 1918-ci ilə aid filmi nümayiş etdi və elmi biliklərin cəmiyyətə ötürülməsində kinonun, audiovizual arxivlərin və tarixi yaddaşın rolundan danışdı.

Boliviya Katolik Universitetinin araşdırma, inkişaf və innovasiyalar üzrə milli rəhbəri doktor Xose Prudensio regional əməkdaşlığın və ümumi rifaha xidmət edən birgə elmi fəaliyyətin önəmini xüsusi vurğulayıb.

"Water in Bolivia" tədbirinin ikinci mərhələsi 6–7 may tarixlərində baş tutub. Bu hissədə "CReA" layihəsinin işçi qrupları, dövlət qurumlarının, universitetlərin, QHT-lərin, su sektorunun aparıcı şirkətlərinin nümayəndələri, yerli icmalar və tələbələr bir araya gəliblər. İşçi sessiyalar Boliviyanın su menecmenti və davamlı inkişaf layihələrinin icra olunduğu dörd əsas regionuna həsr olunub. İştirakçılar ekoloji və sosial çağırışlara daha effektiv cavab verilməsinə töhfə verə biləcək güclü tərəfləri, imkanları və yeni tədqiqat istiqamətlərini müəyyənləşdiriblər.  Tədbirə həmçinin İstehsalatın İnkişafı, Kənd Təsərrüfatı və Su Resursları Nazirliyinin İçməli Su və Əsas Sanitariya Sahəsində Nəzarət və Sosial Monitorinq İdarəsinin, eləcə də ətraf mühitin mühafizəsi sferasındakı digər qurumların rəsmiləri qatılıblar.

"ALLATRA" Boliviya Katolik Universitetinə, "CReA" layihəsinə və "Water in Bolivia" təşkilatçılarına iştirak dəvətinə, tədbirin yüksək səviyyədə təşkilinə və açıq elmi dialoq məkanının yaradılmasına görə təşəkkürünü bildirir. Su resurslarının, insan sağlamlığının və ekosistemlərin qorunması üçün həll yollarının axtarışında bu cür platformalar alimlərin, universitetlərin, dövlət institutlarının, ictimai təşkilatların və beynəlxalq tərəfdaşların səylərinin birləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Su resurslarına düşən yükün artdığı, qlobal iqlim dəyişikliklərinin sürətləndiyi,  mikro və nanoplastik kimi yeni çirklənmə formalarının ortaya çıxdığı müasir dövrdə davamlı və uzunmüddətli həllərin hazırlanması üçün beynəlxalq və fənlərarası əməkdaşlıq  vacib şərtə çevrilir. "Water in Bolivia" təcrübəsi göstərir ki, bu cür təşəbbüslər bütövlükdə su resurslarının gələcəyi, insan sağlamlığı və ekoloji təhlükəsizlik haqqında daha geniş qlobal elmi dialoq üçün mühümdür.


ALLATRA haqqında

ALLATRA" — bu beynəlxalq vətəndaş platformasıdır. ABŞ-da tədqiqat mərkəzinə  ("ALLATRA" Qlobal Tədqiqat Mərkəzi) malik olan Platforma iqlim və ekoloji dəyişikliklərin kompleks təhlili, mikro- və nanoplastiklərin təsirinin öyrənilməsi, eləcə də mədəniyyətlərarası əməkdaşlığın təşviqi və əsas insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərir.

Ətraf mühitin və yaradılmış hər bir canlının qorunması yolundakı xidmətlərinin rəsmi təsdiqi olaraq ALLATRA 2024-cü ildə Müqəddəs Papa Fransiskdən apostol xeyir-duasına layiq görüldü. 2025-ci ildə Müqəddəs Papa Leo XIV də ALLATRA Prezidentinə və bütün könüllülərinə apostol xeyir-duası verdi.


“ALLATRA” Qlobal Tədqiqat Mərkəzi haqqında

“ALLATRA” Qlobal Tədqiqat Mərkəzi bəşəriyyətin qarşısında duran ən mühüm ekoloji və tibbi problemlərin tədqiqi ilə məşğul olan müstəqil elmi-tədqiqat təşkilatıdır.

Əsaslı təhlil və multidissiplinar əməkdaşlıq sayəsində mikro və nanoplastiklərlə çirklənmə, iqlim dəyişikliyi və geodinamik təhdidlər daxil olmaqla “ALLATRA”qlobal problemlərin həlli istiqamətində ictimai məlumatlılığın artırılmasına, siyasi diskussiyalara və elmi əməkdaşlığa töhfə verməyə yönəlmiş əhatəli hesabatlar və sənədli filmlər hazırlayır.


Material ilkin mənbə əsasında hazırlanmışdır:The material is based on the original source:
https://www.inforse.com.bo/2026/05/14/water-in-bolivia-abordo-los-desafios-hidricos-y-ambientales-del-siglo-xxi/


Mediada haqqımızda: Associated Press, The National Law Review, MENAFN, FOX 21, CBS 8, ABC 9, FOX 4, FOX 2, NBC 2, CBS 6, NBC 4, DC NEWS NOW və digərləri.

KİV üçün əlaqə ünvanı: [email protected]